SON XƏBƏRLƏR

Təbriz-Urmiyə yolunda dəhşətli yol qəzası: 6 ölü, 1 yaralı – VİDEO

2021.10.20, 07:36
Təbriz-Urmiyə yolunda dəhşətli yol qəzası: 6 ölü, 1 yaralı – VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan yolları can almaqda davam edir.

 

Bu dəfə Təbriz-Urmiyə yolunun Xorxur məntəqəsində 6 nəfərin ölümü və 1 nəfərin ağır yaralanması ilə nəticələnən dəhşətli yol qəzası baş verib.

 

Çərşənbə günü baş verən qəzada iki “Prak” markalı minik avtomobili toqquşub, qəza nəticəsində 5 nəfər hadisə yerində ölüb, 2 nəfər isə ağır yaralanıb. Lakin Şərqi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin sözcüzü Vəhid Şadiniya bir neçə saat sonra yaralılardan birinin də öldüyünü açıqlayıb, bununlada qəzada ölənlərin sayı 6-ya çatıb.

 

V.Şadiniyanın sözlərinə görə, hadisədə xəsarət alan digər yaralının da vəziyyəti ağırdır.

 

https://www.youtube.com/watch?time_continue=1&v=Erxuxyk-iiw

 

 

Qeyd edək ki, Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər. Ekspertlər yolların qeyri-standard olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini qəzaların əsas səbəbi kimi göstərir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar