Təbriz və Culfada tutulmuş 5 fəaldan hələ də xəbər yoxdur

2020-10-27 12:20

Təbriz və Culfada həbs olunmuş 5 milli- mədəni fəaldan hələ də xəbər yoxdur.

Gunaz.tv Quote | Gunaz article

Güney Azərbaycanda Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda keçirdiyi hərbi əməliyyatlarına dəstək məqsədilə keçirilmiş aksiyalar zamanı Şərqi Azərbaycan əyalətinin şəhərlərində saxlanılan həmin fəallar- Rəsul Rəzəvi, Hüseyn Əmir Hicri, Hüseyn Məhəmmədiyan, Səid Sultani və Babək Kiyumərsinin harda saxlanmamaları və sağlamlıq vəziyyətləri barədə məlumat yoxdur.

 

Hüseyn Əmir Hicri, Rəsul Rəzəvi və Hüseyn Məhəmmədiyan 17 oktyabr tarixində Təbriz şəhərində saxlanılıb naməlum istiqamətə aparıldıqdan sonra bu günə qədər ailələri ilə bir dəfə belə əlaqə saxlamayıblar. Onların harada, hansı şəraitdə saxlanmaları, eləcə də sağlamlıq vəziyyətləri barədə heç bir məlumat yoxdur. 


Oktyabrın 4-də Culfa şəhərində, iş yerlərində heç bir məhkəmə sənədi göstərilmədən həbs edilən digər 2 fəal- Səid Sultani və Babək Kiyumərsidən də heç bir məlumat yoxdur. 


Qeyd etmək lazımdır ki, Təbriz İnqilab Məhkəməsinin 16-cı şöbəsində keçirilmiş məhkəmə prosesində hakim Seyyid Əli Musavi "cinayət işi"nin başa çatmamasını bəhanə edərək, fəalların mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmaları ilə bağlı hökm çıxarmaqdan imtina edib. 


Ailələri bildirirlər ki, dəfələrlə müvafiq məhkəmə və təhlükəsizlik orqanlarına müraciət etsələr də, onlara fəalların hansı səbəbdən tutulmaları ilə bağlı heç bir məlumat verilməyib. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Nov.23.2020 : “Xarici diplomatlar Ermənistanın vəhşiliyinə şahid oldular”

2020-11-23

gun az article

Qərbi Azərbaycan əyalətində çoxlu sayda silah və döyüş ləvazimatı ələ keçirilib

2020-11-23

gun az article

“Radio Fərda” Güneyli milli-mədəni fəal Səhənd Məali haqqında veriliş hazırlayıb

2020-11-23

gun az article

İranın cavan Rabitə və İnformasiya Texnologiyaları nazirinin Azərbaycan adı ilə düşmənliyi davam edir- FOTO

2020-11-23

gun az article

İranın təhlükəsizlik qüvvələri dini azlıqların evlərinə basqın edib

2020-11-23

gun az article

Kürd qaçaqmalçılar əfqan mühacirləri işgəncələrə məruz qoyublar- VİDEO

2020-11-23

gun az article

Urmiya gölündə suyun azalması davam edir

2020-11-23

gun az article

42 ay mübarizədən sonra güneyli “Onur” öz adını sənədləşdirə bilib

2020-11-23

gun az article

Türklərin tarixi əsəri İsfahanın metal tullantıları arasında tapılıb

2020-11-23

gun az article

Güney Azərbaycanın 3 milli-mədəni fəalının məhkəmə iclası keçirilib

2020-11-23

gun az article

Təbrizin “Traxtur” futbol Klubunun yeni icraçı direktoru seçilib

2020-11-23

gun az article

Mühəndis Əlirza Fərşinin Böyük Tehran Həbsxanasından azadlıq mesajı

2020-11-22

gun az article

"Həmədan Əyalətinin Mətbuat Tarixi" kitabı nəşr olunub

2020-11-22

gun az article

Abbas Lisani zindanda oturaq aksiya keçirib, məsullar cavab verməyə məcbur olublar: Görüş qadağası ləğv edilib, amma telefon əlaqəsi yox

2020-11-22

gun az article

GünazTV Nov.21.2020 : “Azərbaycan ordusu işğaldan azad edilən Ağdamdan Ali Baş komandana əsgər salamı verdi”

2020-11-21

gun az article

GünazTV Nov.20.2020 : 10Noyabr Bildirisindən sonra,Qarabağın Gələcəyi və Türkiyə_Rusya münasibətləri

2020-11-21

gun az article

GünazTV Nov.20.2020-Azadlıq səsi: Prezident Əliyev Xudafərinə səfəri və İranın narahatçılığı

2020-11-21

gun az article

Şərqi Azərbaycanın mədən gəlirlərinin 80% -i əyalətə qaytarılmır

2020-11-21

gun az article

"Əhər-Təbriz" yolunda ağır yol qəzası baş verib

2020-11-21

gun az article

Qərbi Azərbaycanda havanın tempraturu aşağı düşəcək, qar yağacaq

2020-11-21