SON XƏBƏRLƏR

Təbriz və Qəzvin şəhərlərində şagirdlərə türk dilində kitablar hədiyyə edilib

2021.10.20, 07:36
Təbriz və Qəzvin şəhərlərində şagirdlərə türk dilində kitablar hədiyyə edilib

Gunaz.tv

GünAz TV: Novruz bayramı (Oğuz bayramı) münasibəti ilə Güney Azərbaycanda məktəblilərə türkcə kitablar paylanılıb.

 

Kitablar martın 14-də Təbriz və Qəzvin şəhərlərində azərbaycanlı milli-mədəni fəallar tərəfindən hədiyyə edilib.

 

Kitab paylamadan məqsəd İranda təkdilli təhsil sisteminə ən mədəni formada etiraz bildirməkdir.

 

Güney Azərbaycanda təhsil ocaqlarının açışılı günü, Beynəlxalq Ana Dili Günü, Novruz bayramı günləri və s. kimi əlamətdar günlərdə azərbaycanlı məktəblilər arasında türkcə kitablar paylanılır.

 

İranda türk dilinin rəsmi olması və ana dilində təhsil məsələsi uzun illərdir öz həllini tapmır, buna etiraz edən azərbaycanlı fəallar rejim tərəfindən saxlanılır, işgəncə edilir və uzunmüddətli həbs cəzası ilə üzləşir.

 

İranda ölkə əhalisinin 70 faizdən çoxunun ana dili məktəblərdə tədris olunmur. Bu məsələni İranın keçmiş təhsil naziri Həmidrza Hacı Babayi də təsdiq edib.

 

Bu günədək bir çox Beynəlxalq Təşkilat İranı qeyri-fars millətlərinin ana dilində təhsil hüququnu tanımağa çağırıb, lakin rejim bu çağırışlara məhəl qoymadan ölkədə təkdilli təhsil sistemini tətbiq etməkdə israrlıdır.

 

Qəzvin

 

Təbriz

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar