SON XƏBƏRLƏR

Təbriz və Urmiyədə çirkli hava səbəbindən məktəblər 4-cü gündür bağlıdır

2021.10.20, 07:36
Təbriz və Urmiyədə çirkli hava səbəbindən məktəblər 4-cü gündür bağlıdır

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz və Urmiyə şəhərlərində bir neçə gündür ki, çirkli hava şəraiti davam edir.

 

Azərbaycan şəhərlərində hava çirkliliyinin yüksək səviyyəyə çatması 4-cü gündür ki, məktəblərin bağlı qalmasına səbəb olur.

 

Təbrizin Hava Çirkliliyini İzləmə və Təcili Vəziyyəti Koordinasiya Komitəsi, Meteoroloji İdarəsinin proqnozu əsasında dekabrın 19-da çirkli hava şəraitinin davam edəcəyini bildirərək Təbrizdə Xosrovşah məntəqəsi istisna olmaqla bütün məktəblərdə tətil elan edib.

 

Qərbi Azərbaycan Ətraf Mühit İdarəsinin laboratoriyalar üzrə rəisi isə Urmiyə şəhərində 4-cü gün olaraq məktəblərdə tətil elan edib.

 

Bu barədə “Mehr” xəbər agentliyinə danışan Səid Musəvi Urmiyədə hələ də çirkli hava şəraitinin davam etdiyini bildirərək çərşənbə axşamı günü şəhərdə bütün məktəblərin bağlı olacağını deyib. Onun sözlərinə görə, çirkli hava şəraiti Urmiyədə 8 gün əvvəl başlayıb.

 

Qeyd edək ki, Urmu gölü böhranı bölgənin hava şəraitinə təsir etdiyi üçün göl ətrafında belə hallara tez-tez rast gəlinir. Küləkli havada yaranan duz fırtınaları bölgə əhalisinin həyatını ciddi təhlükə altına alır, bu vəziyyət gün keçdikcə pisləşir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar