Təbriz və Urmuya da göz dikdilər... Güney Azərbaycan şəhərlərinə kürd köçü başlayıb

2008-06-01 21:51

Təbriz və Urmuya da göz dikdilər... Güney Azərbaycan şəhərlərinə kürd köçü başlayıb (hörmətli oxuyucular bu yazi "29 yanvar 2008"_ə aiddir) Güney Azərbaycanın şəhər, kənd və qəsəbələrində kürdlərin yerləşməsi sürətlənib. İraqın şimalından tutmuş, İranın

Gunaz.tv Quote | Gunaz article

Təbriz və Urmuya da göz dikdilər... Güney Azərbaycan şəhərlərinə kürd köçü başlayıb (hörmətli oxuyucular bu yazi "29 yanvar 2008"_ə aiddir) Güney Azərbaycanın şəhər, kənd və qəsəbələrində kürdlərin yerləşməsi sürətlənib. İraqın şimalından tutmuş, İranın müxtəlif yerlərindən gələn kürd ailələri bu məkanda məskən salır, yerli demoqrafik situasiyanı köklü şəkildə dəyişməyə çalışırlar. İndi Urmu, Sulduz, Qoşaçay, Ərdəbil, Təbriz, Marağa və Astara şəhərlərində damlarında "Kürdüstan" bayrağı dalğalanan evlərin sayı da çoxalmaqdadır. İçərisinə kürdlərin terrorçu təşkilatı PKK-nın Türkiyənin İmralı adasındakı həbsxanada ömürlük cəza çəkən rəhbəri Abdulla Ocalan, "İraq Kürdüstanı Muxtariyyətinin lideri" Məsud Bərzani və İraq prezidenti Cəlal Tələbaninin portretləri vurulmuş dükan, qəhvəxana və çayxanalarla yanaşı, üzərinə "Kürdüstan" xəritəsi çəkilmiş avtobuslar və minik avtomobillərinə Güney Azərbaycanda rast gəlmək artıq nadir hadisə sayılmır. Güneydə kürdlərin ən çox toplaşdıqları şəhərlər isə Urmu və Sulduzdur. İraqın şimalındakı "kürd muxtariyyəti" bu günlərdə Sulduzda konsulluq açıb və binanın qarşısından da "Kürdüstan" adlanan mifik dövlətin bayrağı asılıb. Yerli hakimiyyətin müdaxiləsindən sonra bayraq götürülsə də, binanın foyesində "Kürdüstan"ın böyük xəritəsi var. Həmin xəritədə İraqın şimalı, Türkiyənin cənub-şərq bölgələri, İranın şimalı və Azərbaycanın Laçın, Kəlbəcər, Fizuli, Zəngilan və Qubadlı rayonları "kürd torpaqları" kimi göstərilir. Güny Azərbaycanına axın edən kürdlər "Keçelan", "Torini", "Adaman", "Koçgiri", "Holikan", "Durac", "Elimiho", "Trigever", "Karabalan", "Gerdeyari", "Vezne", "Gülbahe", "Siyalə", "Mametkan", "Seli Yetimi", "Hadranlu", "Ağucanan", "Derviş Cemala", "Sağman" və "Haverki" kürd tayfalarından olan ailələrdir. Son üç ay ərzində Sulduz, Urmu və Təbrizlə bahəm, Güney Azərbaycanın Xoy, Maku, Salmas, Sayınqala, Tikantəpə və Qoşaçay şəhərlərində də kürd məskunların sayı çoxalıb. Onların köçlərinin maliyyələşdirilməsi PKK və "İraq Kürdüstanı"nın nəzarətindəki şirkət və müəssisələr, habelə Avropa Birliyində fəaliyyət göstərən çoxsaylı kürd təşkilatları tərəfindən həyata keçirilir. PKK-nın İranda fəaliyyət göstərən qolu olan PJAK terror qruplaşması isə isə Günky Azərbaycanda məskunlaşan kürdlərlə bura yönələn "kürd köçü"nün "təhlükəsizlik və mühafizə"sini təmin edir. PJAK-ın İnternetdəki saytlarından olan "www.grilaypjak.blogfa.com"da isə bu "köç"ü və ümumiyyətlə, kürd təşkilatlarının azərbaycanlılara olan münasibətini çox dəqiq səciyyələndirilən "İrandakı azərbaycanlılara müraciət!" adlı yazı var. PDK və PJAK-ın "www.pyam.nu" saytında da yerləşdirilmiş yazıda deyilir: "Çaşmayın və əsla təəccüb də etməyin. Bilin ki, İraqdakı Mosul, Ərbil, Süleymaniyyə və Kərkük təki, İranın da şimalında bir çox şəhərlər əzəli kürd məskənləridir. Oradakı azərbaycanlılar bu şəhərləri "bizim məkanlar" adlandırsalar da, hamısını geri alacağıq. İşğalda olan şəhərlərimizin azad olunmasında bizim qarşımızı siz azərbaycanlılar ala bilməzsiniz! Buna gücünüz yetməz! "Azərbaycan" adlanan yer əslində qədim Kürdüstandır. Sizlər isə səlcuq türkləriylə birlikdə Orta Asiyadan həmin məkanlara gələrək yerləşmiş köçərilərin törəmələrisiniz". Şimali İraqdakı "kürd muxtariyyəti"nin lideri, "İraq Kürdüstanı Vətənpərvərlər İttifaqı"nın sədri Məsud Bərzani isə dünən "KurdTV" ilə çıxışında deyib: "Milyonlarla kürdün haqq və hüququnu tapdayanlar bilməlidir ki, borcları ödəmək vaxtı gəldi. Hamı anlayır və görür ki, artıq kürdlər oyanıb. Bizə verilən demokratik dəstəklə istibdad və zülmdən qurtulub azadlığa qovuşmuşuq. "Türkmeneli", "Şərqi Azərbaycan" və "Qərbi Azərbaycan" deyilən, köçərilərin işğalında əsrlərdən bəri inləyən torpaqların da əsl sahibi olan kürdlərə qovuşmasına çox az qalıb. Kərkük, Urmu, Marağa, Təbriz kürd xalqının qəlbidir. Onları kimsəyə verməyəcəyik". Kürdlərin "PukMedia" xəbər agentliyi isə etirafa bərabər məlumat yayıb: "Böyük Kurdüstanın reallaşmasının tezləşdirməyə can atan kürd ailələrinin İranın Rəzən, Bahar, Kövrəng, Həmədan, Əssədabad və Məlayir şəhərlərinə köçü başlanıb". Xatırladaq ki, sadalanan şəhərlərin hamısı əzəli Azərbaycan yurdlarıdır. Əslən Türkiyənin İqdır vilayətinin Aralıq səmtindəki Adekli kəndindən olan, "Siyar" ləqəbli kürdün təşkilatçılığı ilə isə bölgədə "Kürdüstana qayıdış!" adlı təbliğat kampaniyasına start verilib. "Azərbaycan, Kərkük, Ərbil, Mosul, Kifri, Hanəkin, Təlafər və Adanadan tutmuş, Naxçıvanadək hər yer Kürdüstandır!" cümləsinin yer aldığı "Kürdlərə Xitab" adlı bəyanatda PKK və PJAK-la yanaşı, İraqdakı kürd təşkilatlarının da bölgə ilə bağlı perspektiv planları açıqlanır. PKK-nın İnternetdəki saytlarında isə kürdlər artıq "Qarabağ erməni qardaşlarımızın, Ərdəhandan tutmuş Qəzvinə, Mosuldan Naxçıvana və Kəlbəcərədək torpaqlar bizim olacaqdır" tipli şüarlar yayırlar. Sulduz şəhərinə köç edən kürdlər isə burada "Sazemane Defa əz Hüquqe Beşer Der Kordestan" adlı "hüquq-müdafiə" təşkilatı yaradıblar. PKK-nın tərkib hissəsi olan PJAK terrorçu qruplaşmasının "sivil qurum"u olan bu təşkilatın Sulduzda yaydığı bəyanatda bildirilir: "ulduz ələvi qızılbaşların qədim torpaqlarıdır və həmin şəxslərin də hamısı kürd olub. Qoşaçay da kürd şəhəridir. Urmu, Maku, Xoy, Salmas, Sayınqala, Biçar və Gorvə təki..." Sulduzdakı soydaşlarımızın "Azərbaycan" hərəkatı isə baş verənlərlə bağlı azərbaycanlılara müraciət yayıb. "Əgər ayılmasaqi və boş söhbətlərə yekun vurmasaq, Güney Azərbaycan adlı torpağımız olmayacaq, "Kürdüstan"a dönəcək. Problemi həll etmək üçün torpaqlarımızı, ata yurdumuzu hər vasitə ilə qorumağa başlamalıyıq", - müraciətdə deyilir. Güney Azərbaycana kürd köçünün şiddətlənməsi ilə bağlı vəziyyət təhlükəli həddə çatıb. PKK və PJAK mənsubu olan silahlı kürd terrorçular Güneydəki azərbaycanlı iş adailarına "xərac" qoymağa, hətta azərbaycanlı kəndlilərdən "bac" almağa çalışırlar. Bununla yanaşı, kürdlər İranın bölgədəki hərbçiləri və polisləri arasında azərbaycanlıları qətlə yetirməklə soydaşlarımızı qorxutmağa, onlara gözdağı verməyə səy göstərirlər. Buna misal olaraq hərbçilər Məcid Talibi və Əli Sadiqzadənin kürd terrorçular tərəfindən güllələnməsini göstərmək olar. Eyni zamanda, Güney Azərbaycanın qərbində sosial-iqtisadi durum ağır, işsizlik səviyyəsi isə yüksək olduğundan azərbaycanlılar həmin bölgədən iş və çörək dalınca İranın mərkəzi şəhərlərinə axışır. Boşalan kəndlərə isə dərhal kürdlər yerləşirlər. Urmu şəhərində də vəziyyət ciddidir. Buradan seçilmiş kürd millət vəkili Bəhaəddin Ədəb "Urmu azərbaycanlıların yox, kürdlərin qədim şəhəridir" deyəndən sonra üzr istəmişdisə, indi şəhər şurasının üzvü, milliyyətcə kürd olan Xədicə Mənsuri az qala hər açıqlama və müsahibəsində "Urmu küdlərindir" söyləyir. Maraqlı olan digər məqam odur ki, kürdlərin köçündə onlara maliyyə, siyasi və ideoloJi dəstək verənlər arasında İrandakı ermənilərin "Araz", "Hayk", "Asbarez", "David Sasunasi", "Tiqran Vardarapet" təşkilatları xüsusi fəallıq göstərirlər. Hüseyn BAKUVİ express
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17

gun az article

Milli fəal Davud Şiri məhkəməyə çağrılıb

2021-05-17

gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15