İranda seçki: Təbriz və Zənganda sistem çökdü, səsvermə 4 saat gecikdi

2021-06-18 10:59

Bu gün İranda 13-cü dövr prezident seçkiləridir. Eyni zamanda şəhər şuralarına seçkilər keçirilir.

Gunaz.tv Quote | Gunaz article

Səsvermə səhər saat 07:00-da başlayıb.  Təbriz və Zənganda təşkil olunan seçki prosesində, özəlliklə elektron səsvemədə problemlər yaranıb.


Yerli qaynaqların verdiyi məlumata və bir sıra sosial şəbəkələrdə yayınlanan xəbərlərə görə, Təbrizdə elektron səsvermə ilə yanaşı bir sıra səsvermə məntəqələrinin qapıları açılmayıb.


Şərqi Azərbaycan Seçki Qərargahının katibi səsvermənin başlamasından 4 saat sonra problemlər bağlı açıqlama verib.

"Yaxın dəqiqələrdə səsvermədə yaranan problemlər həll olunacaq”-deyə, o bildirib.


Şərqi Azərbaycan Seçki Qərargahının katibi Mürtəza Məhəmmədzadə mətbuata verdiyi müsahibədə xüsusilə şəhər şuralarına səsvermələrdə problemlərin yaşandığını və bunun yaxın zamanda həll olunaraq seçkilərin başlanacağını deyib.


"Elektron səsvermədə problemin həll olunmayacağı təqdirdə səsvermə ənənəvi qaydada həyata keçiriləcək”-deyə, Mürtəza Məhəmmədzadə mətbuat nümayəndələrinə bildirib.

 

Məsələ ilə bağlı açıqlama verən Təbrizin cümə imamı və Xaməneinin Şərqi Azərbaycandakı nümayəndəsi Seyid Məhəmməd Əli Ali Haşim məsələ ilə bağlı açıqlama verib.

"Yaranan problem seçicilərin səsvermə məntəqələrində çaşqınlığına səbəb olub, ümid edirəm ki, bu məqsədli şəkildə baş verən bir hərəkət deyil"-deyə, o, bildirib.


Zəngan əyalətinin Seçki Qərargahının başçısı Höccətül islam Həsən Şücai də səsvermənin başlamasından 4 saat sonra verdiyi açıqlamada elektron səsvermə cihazlarında problemlər olduğunu, buna görə səsvermədə gecikmə baş verdiyini etiraf edib.


"Yaxın problemin aradan qaldırılması ilə bağlı göstəriş verilib və heç bir narahatlığa əsas yoxdur”-deyə, jurnalistlərin problemin nədən qaynaqlandığı barədə suallarını cavabsız qoyub.

 

C.E 

 


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmunun “Urumdəşt” zavodunun işçiləri narazıdır: 15 ildir əmək haqları verilmir

2021-08-04

gun az article

Urmu həbsxanasında daha bir məhbus edam ediləcək

2021-08-04

gun az article

Qaşqay bölgəsində yanğın dəhşəti: Bir ailənin 3 üzvü həlak oldu-VİDEO

2021-08-04

gun az article

Urmu və Ərdəbildə yoluxma kəskin artdı: Xəstəxanalarda yer çatışmır

2021-08-04

gun az article

Güney Azərbaycanda məktəb binaları çatışmır: Xeyriyyəçi iş adamları daha 3 məktəbin tikintisinə başlayıb

2021-08-04

gun az article

Sel və daşqın Qəzvin yollarına 20 milyard tümən ziyan vurub

2021-08-04

gun az article

İranda virus tüğyan edir: Xəstəxanalarda yer çatışmır, ölənlər kütləvi məzarlıqda basdırılır

2021-08-04

gun az article

Güney Azərbaycanda ekoloji böhran böyüyür: 4 göl quruyub-FOTOLAR

2021-08-04

gun az article

Tufarqanda güclü yanğın: 7 nəfər xəsarət alıb-VİDEO

2021-08-04

gun az article

Urmuda avtobus sürücüləri tətilə başladı

2021-08-04

gun az article

Milli fəal Behnam Şeyxinin iki illik sürgün cəzası başlayıb

2021-08-04

gun az article

GünazTV Aug.03.2021-Özümüz: Azərbaycan Sözünün Anlamı və Coğrafiyası

2021-08-03

gun az article

GünazTV Aug.03.2021-GÜNDƏM MASASI: Türkiyədə meşə yanğınları və İrançı-farsların tutumu

2021-08-03

gun az article

GünazTV August.01.2021: HƏFTƏ SONU 7-Cİ BÖLÜM

2021-08-03

gun az article

Zənganın 170 kəndində insanlar içməli su tapmır

2021-08-03

gun az article

İran parlamentinin keçmiş deputatı koronavirusdan öldü

2021-08-03

gun az article

Marağada 9 milyon illik heyvan fosilləri aşkar edilib

2021-08-03

gun az article

Təbrizdə koronavirusla bağlı karantin yenidən sərtləşdirilir

2021-08-03

gun az article

Qəzvində və Qərbi Azərbaycanda sel fəlakəti: 6 nəfər həlak olub

2021-08-03

gun az article

ETTELAAT Türkiyədə yaşayan culfalı xanımı şərləmək istəyir

2021-08-03