SON XƏBƏRLƏR

Təbriz-Zəncan yolunda dəhşətli yol qəzası: 4 ölü, 26 yaralı

2021.10.20, 07:36
Təbriz-Zəncan yolunda dəhşətli yol qəzası: 4 ölü, 26 yaralı

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan yolları can almaqda davam edir.

 

Bu dəfə dəhşətli yol qəzası xəbəri Təbriz-Zəncan yolundan gəlib. Məlumata görə, fevralın 18-i yerli vaxtla saat 2:50-də Xoy şəhərindən Tehrana yola çıxan avtobus yoldan çıxaraq aşıb. Hadisə Təbriz-Zəncan yolunda Bostanabad-Həştruda yoluna 40 kilometr qalmış baş verib.

 

Ağır yol qəzasında 4 nəfərin öldüyü və 26 nəfərin yaralandığı bildirilir.

 

Bu barədə Şərqi Azərbaycan Təcili Tibbi Hadisələr Mərkəzinin İctimaiyətlə Əlaqələr Şöbəsinin rəisi Fərzad Rəhmani mətbuata məlumat verib.

 

“Baş verən yol qəzasında 4 nəfər ölüb, 4-ü qadın olmaqda 26 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılardan 9-ü Həştrud, 11-i isə Təbrizin Sina xəstəxanasına çatdırılıb. Vəziyyəti daha ağır olan 6 yaralı isə Təbrizin İmam Rza xəstəxanasına aparılıb. Yaralılardan 3-nün vəziyyəti çox ağırdır”- deyə o bildirib.

 

 

F.Rəhmaninin sözlərinə görə, hadisə yerində ölən sərnişinlərin 1-i qadın, 3-ü isə kişi olub.

 

Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər. Ekspertlər yolların qeyri-standard olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzalarının səbəbi kimi göstərir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar