SON XƏBƏRLƏR

Təbrizdə “Azərbaycan Zəmzəm” Şirkətinin işçiləri etiraz yığıncağı keçirib - VİDEO

2021.10.20, 07:36
Təbrizdə “Azərbaycan Zəmzəm” Şirkətinin işçiləri etiraz yığıncağı keçirib - VİDEO

Gunaz.tv

GünAz TV: “Azərbaycan Zəmzəm” Şirkətinin işçiləri istehsal müəssisəsində işçilərin ixtisar edilməsi və maaşlarının vaxtı-vaxtında ödənilməməsi səbəbi ilə etiraz yığıncağı keçiriblər.

 

Təbriz yaxınlığında yerləşən istehsal müəssisəsinin işçiləri şənbə günü bir araya gələrək işlərini dayandırıblar.

 

Aşağıdakı videoda göründüyü kimi, işçilərdən biri şirkətin icraçı direktorunun yanlış fəaliyyəti nəticəsində işçilərin ixtisar edilməsi və maaşlarının vaxtında ödənilməməsindən etiraz etdiklərini bildirib.

 

https://www.youtube.com/watch?time_continue=6&v=--VYZET8Dqc

 

 

“İşçilərin fikrinə görə, müəssisədə istehsal işləri normal vəziyyətdədir, məhsullar da satılır. Lakin idarəçiliklə bağlı müəyyən problemlər yaşanır. Bir neçə işçi ixtisar edilib, işlər belə davam edərsə, məhsul istehsalı təmami ilə dayanacaq və digər işçilər də işini itirəcək”- deyə yerli mətbuatda yayılan məlumatda bildirilir.

 

“Azərbaycan Zəmzəm” Şirkəti ayran və digər içkilər istehsal edən bir müəssisədir. Şirkətin son vaxtlar maliyyə problemləri ilə üzləşdiyi bildirilir.

 

Ötən həftə Təbriz Ticarət Palatasının rəisi sənaye və mədən günü münasibəti ilə keçirilən mərasimdə ölkənin ağır iqtisadi vəziyyəti ilə əlaqədar istehsal müəssisələrinin iflas edəcəyi barədə xəbərdarlıq etmişdir.

 

Bir neçə ildir ki, Güney Azərbaycanda fəaliyyət göstərən bir çox sənaye və istehsal müəssisəsi iqtisadi gərginlik ucbatından öz fəaliyyətini məhdudlaşdırıb və ya ümumiyyətlə dayandırıb. Bu proses bölgədə işsizlər ordusunun sıralarını günü-gündən genişləndirir, nəticədə bir çox ailə doğma şəhər və kəndini tərk edərək İranın digər bölgələrinə köçür. Bəziləri isə minimum maaş və ən ağır şərtlər altında işləməyə məcbur qalır. Bu vəziyyət uzun illərdir davam edir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar