SON XƏBƏRLƏR

Təbrizdə azərbaycanlı fəalın məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Təbrizdə azərbaycanlı fəalın məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAzTv: Azərbaycanlı fəal cənab İbrahim İsməilinin məhkəmə iclası keçirilib. Onun ittihamlarına Təbrizin İnqilab məhkəməsində oktyabr ayının 11-də (Mehrin 19-u) baxılıb.

 

GünAzTv mətbuat mərkəzinin “Savalan səsi”-nə istinadən yaydığı məlumata görə, İsməili 2010-cu il yanvar ayının 18-də (1388-ci il, Dey ayının 28-i) Təbrizdə öz ata evində tutuqlanıb. O 54 gün müvəqqəti saxlanıldıqdan sonra 50000 dollarlıq (50 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

İsməili sistemin əleyhinə təbliğ, casusluq və Azərbaycan Respublikası üçün casus cəzb etməkdə ittiham edilib. O Azərbaycan Respublikasına səfər etdikdən sonra bu ittihamlarla üzləşib.

 

Qeyd edək ki, İsməili Təbriz ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin təcridxanasında saxlanıldığı müddətdə işgəncəyə məruz qalıb və öz ailəsi və vəkili ilə görüşmə hüququndan məhrum edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar