SON XƏBƏRLƏR

Təbrizdə Beynəlxalq Ana Dili Günü mnasibəti ilə bildiriş vərəqələri paylanılıb

2021.10.20, 07:36
Təbrizdə Beynəlxalq Ana Dili Günü mnasibəti ilə bildiriş vərəqələri paylanılıb

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu gün, ana dilində təhsil almasına qadağa qoyulan millətlər üçün daha böyük əhəmiyyət daşıyır.

 

Ötən günlərdə Güney Azərbaycanda Beynəlxalq Ana Dili Günü münasibəti ilə müxtəlif tədbirlər təşkil olundu. Təbriz şəhərində həyata keçirilən tədbirlərdən biri də şəhərdə minlərlə bildiriş vərəqəsinin paylanılması olub.

 

Məlumata görə, şəhərin əksər mərkəzi küçə və xiyabanlarında divarlara bildiriş vərəqələri yapışdırılıb və əhali arasında paylanılıb.

 

Bildirişdə qeyd olunub ki, ana dilində yazıb-oxumaq beynəlxalq qanunlara görə ən elementar hüquqlardan biridir, İran rejimi qeyri-fars millətlərinin bu hüququnu təmin etməkdən boyun qaçırır.

 

“Dilin əhəmiyyəti sadə bir ünsiyyət vasitəsi olmaqdan daha çoxdur, dil insan toplumu kimliyinin əsas ünsürüdür. Ana dilində təhsil məsələsi ən elementar hüquq sayılır, lakin bəzi ölkələr ayrı-seçkiliyə yol verərək zülm altında saxlandıqları millətlərin ana dilini sistemli şəkildə məhv edirlər. İran da bu ölkələrdən biridir. Bu ölkədə Pəhləvi səltənətinin qurulduğundan günümüzədək qeyri-fars millətlərinin mədəni kimliyi və ana dili nəhv edilir, onlar mədəni soyqırıma məruz qalır”- deyə bildirişin bir hissəsində qeyd olunub.

 

Bildirişdə ana dilində təhsilin əhəmiyyəti və buna beynəlxalq təşçkilatlar, o cümlədən BMT-nin təkid etdiyinə işarə olunub və qeyd edilib ki, bir milləti ana dilində təhsil almaqdan məhrum etmək əslində müstəmləkəçilik siyasəti sayılır. Lakin millətlər sübut edib ki, ana dilini qoruyub saxlamaq üçün hər zaman mübarizəsini sonuna qədər davam etdirir.

 

Bildiriş vərəqəsinin başlanğıcında aşağıdakı şeir qeyd olunub:

Biz varıq varsa vətən var isə doğma dilimiz

Öyrənib bilməlidir öz dilini türk elimiz

Anatək candan əzizdir ana torpaq ana dil

Hörmətin saxla yaşarkən analar qədrini bil

Ana dildə ananın sevgisi ətri dadı var

Ana dildə vətənin şanlı şərəfli adı var

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar