SON XƏBƏRLƏR

Təbrizdə Beynəlxalq Ana Dili Günü münasibəti ilə bildiriş paylanılıb

2021.10.20, 07:36
Təbrizdə Beynəlxalq Ana Dili Günü münasibəti ilə bildiriş paylanılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibəti ilə minlərlə bildiriş paylanılıb.

 

Bildiriş vərəqələri fevralın 22-də azərbaycanlı milli-mədəni fəallar tərəfindən Təbriz əhalisi arasında paylanılıb.

 

Fəallar bu vasitə ilə soydaşlarımızı Beynəlxalq Ana Dili Günü münasibəti ilə təbrik edib, ana dilimizin tədris olunması və konstitusiyaya uyğun olaraq İranda bütün millətlərin bərabərhüquqlu olmasını tələb ediblər.

 

Bildirişdə gələn ilin büdcə layihəsində dil, mədəniyyət, idman və iqtisadi sahələrdə yol verilən ayrı-seçkiliyə də işarə olunub.

 

BMT 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.

 

Qeyd edək ki, 1979-cu il İslam İnqilabından sonra qəbul edilən İran Konstitusiyasının (Anayasa) 15-ci maddəsində farscanın ölkənin rəsmi dili olduğu, ancaq bununla yanaşı digər yerli dillərin də tədris olunub və öyrənilməsində hər hansı maneənin olmadığı qeyd olunur. Həmin maddəyə əsasən türk dilinin tədrisi ibtidai siniflərdən başlanmalıdır. Lakin məlum olduğu kimi, İranda yaşayan millətlərin ana dillə bağlı hüquqları hətta Konstitusiyada qeyd olunan səthdə belə tanınmır və bununla əlaqədar 15-ci maddə bu günə qədər icra olunmayıb. Hazırda onlarla mədəni fəal ana dilini müdafiə etdiklərinə görə İran zindanlarında məhbus həyatı yaşayır.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar