SON XƏBƏRLƏR

Təbrizdə çörək bahalaşıb

2021.10.20, 07:36
Təbrizdə çörək bahalaşıb

Gunaz.tv

GünAz TV: Təbriz Çörəkçilər Birliyinin rəisi şəhərdə çörəyin qiymətinin 30 faiz bahalaşdığını bildirib.

 

Bu barədə Məhəmməd Abbasvənd bu gün mətbuata məlumat verib.

“Ötən il bütün şəhərlərdə çörəyin qiyməti artmışdır. Lakin Təbrizdə qiymətlər yalnız 10 faiz, o da unun qiymətinə uyğun olaraq artdı. Artıq hər şey bahalaşıb. 10 faiz qiymət artımı çörəkxanaların gəlirinə heç bir müsbət təsir etmir. Ona görə də bəzi çörək növləri 30, bəziləri isə 33 faiz bahalaşıb.”- deyə o bildirib.

 

Məhəmməd Abbasvənd çörəyin qiymətinin “qiymətlərə düzəliş” layihəsi əsasında artdığını bildirib.

 

Taxıl və Ticarət Xidmətləri Şirkətinin icraçı direktoru İsfəndiyar Əbülhəsənzadə də qiymətlərin uyğunlaşdırılması məqsədi ilə çörəyin qiymətinin artdığını deyib. O bildirib ki, buğda, un, xəmir mayası, siğorta və əmək haqqı bahalaşdığı üçün çörəyin qiymətinin artması qaçılmaz idi. Həmçinin son vaxtlar çörəkxanaların istehsal etdiyi bütün çörək növlərinin keyfiyyəti aşağı düşmüşdür. Daha keyfiyyətli məhsul istehsal etmək üçün çörəyin bahalaşmasına ehtiyac yaranmışdır.

 

Qeyd edək ki, Güney Azərbaycanın Marağa şəhərində də çörəyin qiyməti aprelin 20-dən 39 faiz artıb.

 

İran və Güney Azərbaycanda ərzaq məhsullarından tutmuş məktəb ləvazimatlarına qədər bütün məhsullar bahalaşıb. Qeyri-adi bahalıq İranın nüvə fəaliyyəti ilə əlaqədar ölkəyə qoyulan iqtisadi sanksiyalardan sonra bütün şəhər və kənlərdə müşahidə olunur. İşsiz və yoxsul durumda olan əhali bu vəziyyətdən ən çox əziyyət çəkən təbəqədir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar