SON XƏBƏRLƏR

Təbrizdə daha 3 məhkum dara çəkilib

2021.10.20, 07:36
Təbrizdə daha 3 məhkum dara çəkilib

Gunaz.tv

GünazTV: İranda qətldə və qəsdən adamöldürmədə günahlandırılaraq edama məhkum edilən daha 3 nəfər dar ağacından asılıb. Məhkumlar altı gün əvvəl edam edilsələr də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, iki il əvvəl ailədaxili ixtilafa görə qətl törədən məhkum Səməd Mahmudzadə iyulun 31-i sübh saatlarında Təbrizin mərkəzi zindanında dara çəkilib.

 

Həmin gün Təbriz zindanında daha 2 məhkum edam edilib. Hər iki məhkum (31 yaşlı Əqil Şadhi və Behnam Rəncbər) qəsdən adamöldürmədə təqsirli bilinib. Edam edilənlərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb. 

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar