Təbrizdə daha bir tarixi abidə məhv edilib

2020-09-10 15:22

Güney Azərbaycanın Təbriz şəhərində yerləşən tarixi abidə, Mirzə Hüseyn Vaizin evi dağıdılıb.

Gunaz.tv Quote | Gunaz article

Qacarlar dövrünə aid tarixi abidə Şərqi Azərbaycan əyalətinin Mədəni Miras, Əl İşləri və Turizm idarəsinin laqeydliyi nəticəsində sökülüb.

 

Mirzə Hüseyn Vaiz Məşrutə hərəkatının tanınmış simalarından və böyük maarifçi Həsən Rüşdiyyənin xalası oğlu olub.

 

Təbriz şəhərində anadan olan Vaiz əvvəlcə məsciddə vaiz kimi xidmət etmişdi. Qafqaza gediş-gəlişi sayəsində azadlıq hərəkatına meyl etmiş, siyasi azadlıq uğrunda mübarizəyə qalxmışdı.

 

Mirzə Hüseyn Vaiz məşrutə hərəkatına qoşulduqdan sonra Təbriz Əncüməninin başçısının müavini olmuşdu.

 

Qeyd edək ki, son aylarda Təbrizdə bir neçə tarixi abidə dağıdılıb. Son olaraq May ayında dağıdılan Qacarlar dövrünə aid “Ağa Nəqi hamamı”nı, eləcə də eyni dövrə aid olan və Təbriz bələdiyyəsi işçiləri tərəfindən yararsız vəziyyətə salınan “Babaxan Evi”ni misal göstərmək olar.

 

Azərbaycanın tarixi məkanlarının tədricən məhv edilərək sıradan çıxarılması prosesi sistemli şəkildə müxtəlif şəhər və kəndlərdə həyata keçirilir. Halbuki, Fars bölgələrində isə bunun əksinə şahid oluruq. İsfahanda “Nəqş-i Cahan” Meydanının təkcə binası deyil, hətta havası da dövlət tərəfindən xüsusi olaraq qorunur. Dövlət təyyarələrinin uçuşu nəticəsində yaranan titrəyişin tarixi binaya ziyan verməsindən ehtiyat edərək təyyarələrə meydanın üzərində aşağı hündürlükdə uçmağa icazə verilmir. Bu, Güney Azərbaycandakı tarixi məkanlara olan münasibətə heç bir şəkildə uyğun gəlmir.

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Sep.18.2020: Azadlıq səsi: Farsçılığın demokrasiyə qarşı düşmənçiliyi

2020-09-19

gun az article

GünazTV Sep.18.2020-QADINCA: #Azərbaycan Talandı Kampanyası

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: İran toplumunun 70% -i məcburi hicaba qarşı çıxır

2020-09-18

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-18

gun az article

Saxlanılan fəal Musa Ziya Gərgəri Təbrizin Kəşfiyyat idarəsinə köçürülüb

2020-09-18

gun az article

Güney Azərbaycanlı milli fəal Əyyub Şiri məhkəməyə çağırılıb

2020-09-18

gun az article

Güney azərbaycanlı fəal Rza Vasiqinin məhkəməsi keçirilib

2020-09-18

gun az article

GünazTV Sep.17.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-18

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Qadın və Siyasət

2020-09-18

gun az article

Təkabda terrorçuların simvolunu qaldıranlara etiraz edənlər cəriməyə məhkum edilib

2020-09-17

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət açıqlanıb

2020-09-17

gun az article

Azərbaycanlı əkinçilər məhsullarını sata bilmir + GÖRÜNTÜ

2020-09-17

gun az article

İranın səhiyyə nazirliyi rəsmiləri yenidən Azərbaycanın adını təhrif edib

2020-09-17

gun az article

Təbriz bələdiyyəsinin məsuliyyətsizliyi uşağın ölümü ilə nəticələnib + VİDEO

2020-09-17

gun az article

Güney azərbaycanlı fəal Musa Ziya Gərgəri saxlanılıb

2020-09-17

gun az article

Güney azərbaycanlı milli fəal Həmid Mənafi Nadarlı müvəqqəti azadlığa buraxılıb

2020-09-17

gun az article

GünazTV Sep.16.2020: Ərəb ölkələrinin İsrailnən münasibətlərinin normallaşmasır

2020-09-17

gun az article

“Traxtur Azərbaycan” komandasının məşqçisi cəzalandırılıb

2020-09-16

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-16

gun az article

Muxtar İbrahimi Marağa zindanına köçürülüb

2020-09-16