SON XƏBƏRLƏR

Təbrizdə “Dədə Qorqud”un yeni əlyazmasını tapan alimin kəşfi təqdir olunub

2021.10.20, 07:36
Təbrizdə “Dədə Qorqud”un yeni əlyazmasını tapan alimin kəşfi təqdir olunub

Gunaz.tv

GünAz TV: Təbrizdə “El Bilimi” Müəssisəsinin təşəbbüsü ilə keçirilən tədbirdə “Dədə qurqud” dastanının 3-cü əlyazmasını tapan türkmən araşdırmaçı mühəndis Vəli Məhəmməd Xocanın fəaliyyəti təqdir olunub.

 

Mərasim ötən həftə “El Bilimi” Müəssisəsinin ofisində keçirilib.

 

Tədbirdə adı çəkilən müəssisəsinin daxili müdiri xanım Nəvade Rəzi, “Dədə qurqud” kitabını ilk dəfə İranda tərcümə edən Dr. Həriri, Dr. Hüseyn Məhəmmədxani (Güneyli) və Dr. Tohid Məlekzadə “Dədə qurqud” dastanları və yeni kəşf olunmuş nüsxə barəsində çıxış ediblər.

 

Tədbirin aparıcısı Əhməd Fərəhməndi isə tarixi əlyazmanın Vəli Məhəmməd tərəfindən necə kəşf olunduğuna aydınlıq gətirib.

 

“El Bilimi” Müəssisəsinin icraçı direktoru mühəndis Əlirza Sərrafi isə yeni tapılmış  tarixi əlyazma barəsində məruzə ilə çıxış edib. O qeyd edib ki, istifadə olunan ləhcəyə görə yeni tapılmış nüsxənin Azərbaycanın güney hissəsində yazıldığı ehtimal olunur.

 

Tədbirin sonunda Vəli Məhəmməd tədbir iştirakçıları ilə bir araya gəldiyi üçün xoşhal olduğunu bildirərək bu tədbirdən sonra elmi fəaliyyətində daha da ümidləndiyini bəyan edib.

 

Bu arada Türkiyənin Avrasiya Yazıçılar Birliyi Ankarada keçirdiyi tədbirdə Vəli Məhəmmədi "Dədə Qurqud" dastanının 3-cü əlyazmasını kəşf etdiyi üçün fəxri “Şərəf” medalı ilə təltif edib.

 

 

“Anadolu” agentliyində yayılan məlumata görə, dastanın yeni əlyazmasını aşkarlamış alim indiyədək kitabxanasında 200-dən çox əlyazma toplayıb.

Mənşəcə türkmən olan alim öz kəşfinə görə Ankara Universitetində dil üzrə təhsil alan Şahruz Ağ Atabaya da təşəkkür edib. Vəli Məhəmməd deyib: "Əslində, bu işin əsas araşdırıcısı odur".

Xatırladaq ki, “Kitabi-Dədə Qurqud” YUNESKO-nun Dünya İrsi Siyahısında Türkiyə, Azərbaycan və Qazaxıstanın birgə mirası kimi qeydə düşüb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar