SON XƏBƏRLƏR

Təbrizdə divarlara növbəti dəfə posterlər yapışdırılıb: “Biz hamımız Abbas Lisaniyik”

2021.10.20, 07:36
Təbrizdə divarlara növbəti dəfə posterlər yapışdırılıb: “Biz hamımız Abbas Lisaniyik”

Gunaz.tv

GünAz TV: Bir aydan çoxdur Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin saxlanmasına etirazlar davam edir.

 

Son məlumata görə, Təbriz şəhərində növbəti dəfə divarlara Abbas Lisani və digər azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən posterlər yapışdırılıb.

 

Posterlərə ingilis və fars dillərində “Abbas Lisani Azərbaycan millətinin səsidir”, “Abbas Lisanini azad edin” və “Biz hamımız Abbas Lisaniyik” kimi sözlər yazılıb.

 

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ərdəbil Zindanının karantin bölümünə aparılıb.

 

Abbas Lisaninin azadlığa buraxılması üçün etirazlar müxtəlif formalarda davam etdirilir. “Mən də Abbas Lisaniyəm” 30 saniyyəlik video kampaniyası internetdə günü-gündən genişlənir, Tehran da daxil olmaqla Güney Azərbaycan şəhərlərində posterlər paylanılır və divarlara şüarlar yazılır. Avropa ölkələrində İran səfirliyi qarşısında etiraz aksiyalarının keçirilməsi, Azərbaycan Respublikasının partiyaları və Türkiyə vətəndaşlarının məsələyə münasibət bildirməsi, beynəlxalq insan hüquqları qurumlarına müraciət etmək və sosial şəbəkələrdə aparılan kampaniyalar Abbas Lisaniyə verilən dəstək işlərinin tərkib hissəsidir.

Fevralın 15-də Təbrizin səhənd stadionunda keçirilən “Traxtur”-“İstiqlal” görüşündə də 100 min “Traxtur” tərəfdarı şüarlar səsləndirərək Abbas Lisaninin azadlığa buraxılmasını tələb ediblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar