Elektrik enerjisinin verilişdə kəsilmələr Təbrizdə fəsadlar yaradıb: Çətin durumda qalan 100 nəfər xilas edilib

2021-05-23 13:12

Güney Azərbaycanın mərkəzi Təbriz şəhərində enerji böhranı yaşanır. Bir neçə gündür başlayan elektirik kəsintiləri xəstəxana və başqa vacib obyektlərdə ciddi xəsarətlərə səbəb olub.

Gunaz.tv Quote | Gunaz article

Təbrizin Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, ötən mayın 22-i səhər saatlarından başlayaraq davamlı və çox sayda yardım çağırışları alıblar.

Yardım çağırışlarının əksəriyyəti liftlərdə qalan vətəndaşlar tərəfindən edilib. Bununla əlaqədar 60 xilasetmə əməliyyatının keçirilib və çətin vəziyyətdə qalan 100-dən çox vətəndaş xilas edilib.


“Elektrik sisteminin çökməsinin qarşısını almaq üçün bu gündən etibarən elekteriki fasilələrlə verməyi qərara aldıq”-deyə, Təbriz Elektrik Şirkətinin direktoru Adil Kazimi mətbuata verdiyi açıqlamada bildirib.

 

O, cari yağıntı ilində yağıntıların 35% azaldığını, su bəndlərində toplanan su həcminin ötən ilə nisbətdə daha çox boşaldığını, havaların daha tez istiləşməsini və 31 min yeni abonəçinin elekterik sisteminə qoşulduğunu elekterik probleminin yaranmasının əsas amilləri adlandırıb.

 

Şərqi Azərbaycan əyalətinin valisi Məhəmmədrza Purməhəmmədi əyalətdə geniş səviyyədə kriptovaliyota mayninqlərinin quraşdırılmasının elekterik istehlakının önəmli dərəcədə çoxalmasına və kəsintilərin yaranmasına səbəb oluduğunu iddia edib.

 

“Elliptic” Araşdırma İnstitutunun bildirdiyinə görə, İran hökuməti ABŞ-ın sanksiyalarının təsirini azaltmaq üçün kriptovalyutalar istixrac edir və bitkoin istehsalından ildə təxminən 1 milyard dollar qazanır.

 

Son günlər İranın bir sıra şəhərləri ilə yanaşı Güney Azərbaycan bölgələrində başlayan elekterik kəsintiləri bir çox vacib obyektlərdə, özəlliklə xəstəxanalarda ciddi problemlərin yaranmasına səbəb olub.

 

Sosial mediada yayılan bilgilərə görə, Təbriz xəstəxanalarında müalicə olunan və süni tənəffüs aparatına qoşulan 10 xəstə elekterik kəsintisi və alternativ enerji qaynağının olmaması ucbatından dünyasını dəyişib.

Bununla bağlı hər hansı rəsmi açıqlama verilməyib.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda 3 ayda 7 mindən çox azyaşlı qız ərə verilib

2021-07-23

gun az article

“Peyğəmbəri söymək”də günahlandırılan iki azərbaycanlı edam ediləcək- Hökm təsdiq edildi

2021-07-23

gun az article

“Azərbaycan mədənləri talanır, ətraf mühit məhv edilir”- Tanınmış ekoloqdan həyəcan təbili

2021-07-23

gun az article

Soyuqbulaqda faciə: İki nəfər Qızılüzən çayında boğuldu

2021-07-23

gun az article

Təbrizli fəal həbs olunub

2021-07-23

gun az article

Təbriz və Urmuda gərginlik: Mitinq ərəfəsi mlli fəallara təzyiqlər başlandı

2021-07-23

gun az article

Güneyli fəal Əkbər Nəiminin həbsi ilə bağlı xəbərlər Türkiyə mediasında

2021-07-23

gun az article

Milli fəal Şahin Bərzgər həbs olunub

2021-07-23

gun az article

Milli fəal Rza Vasiqi məzuniyyətə buraxılıb

2021-07-23

gun az article

GünazTV July.22.2021-Sözümüz:Zülmə Qarşi Nə Etməliyik?

2021-07-22

gun az article

Qəzvində COVİD-19-a görə yüksək təhlükəli qırmızı vəziyyət elan olundu

2021-07-22

gun az article

Qərbi Azərbaycanda yağıntının miqdarı azalıb

2021-07-22

gun az article

Çaldıranda ağır yol qəzası baş verib- Ölənlər var

2021-07-22

gun az article

Qərbi Azərbaycanın Poldəşt bölgəsi içməli su qıtlığından əziyyət çəkir

2021-07-22

gun az article

Millət vəkilindən gizli su çəkilişi layihələrinə etiraz: "Xuzistanın 700 kənd və 25 şəhərində su çatışmazlığı ağlamalı durumdur"

2021-07-22

gun az article

Tikantəpənin qızıl mədənində qarşıdurma: Müəssisənin rəhbəri hadisə yerindən qaçdı

2021-07-22

gun az article

Təbriz Xuzistan etirazlarına dəstək verdi: Vərəqələr yayıldı, mitinqə çağırış edildi-FOTOLAR

2021-07-22

gun az article

GünazTV July.21.2021-Görüş: Ələhvaz'da son durum, Biz nə etməliyik?

2021-07-21

gun az article

Beynəlxalq Əfv Təşkilatı vicdan məhbusu Əlirza Fərşinin azadlığını tələb edir

2021-07-21

gun az article

Güneyli fəal Zeynəb Həmrəng məzuniyyətə buraxıldı

2021-07-21