SON XƏBƏRLƏR

Təbrizdə həbslər davam edir

2021.10.20, 07:36
Təbrizdə həbslər davam edir

Gunaz.tv
Təbrizdə həbslər davam edir Qardaşını axtaran Şahrüx Hatəmi də yoxa çıxıb «Mediaforum»un Güney mənbələrinə istinadən verdiyi xəbərə görə, iyulun 17-də naməlum şəxslərin oğurlayıb bilinməz istiqamətə apardığı mühəndis Daryuş Hatəminin qardaşı doktor Şahrüx Hatəmi də yoxa çıxıb. Qardaşının harada saxlandığını öyrənmək üçün müxtəlif hökumət qurumlarına və zindanlara baş çəkən zaman tutulan Ş.Hatəminin yeri bilinmir. İyulun 17-də Təbriz Universitetinin qapısında daha üç təbrizli fəal - Səccad Radmehr, Aydın Xacei və Fəraz Zehtab də tutularaq naməlum istiqamətə aparılmışdı. Yayılan məlumata görə, S.Radmehrin bacısı İlahə Radmehr təhsil aldığı Urmiya Universitetinin inzibati komitəsinə çağırılaraq təhdid edilib. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar