Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15 11:30

​​​​​​​Son günlər Təbriz bələdiyyəsinin məmurları və qurumla müqavilə əsasında əməkdaşlıq edən podratçı şirkətlərin yiyəsiz itlərə qarşı davranışı şəhər sakinlərinin etirazına səbəb olub.

Gunaz.tv Quote | Gunaz article

Məmurların yiyəsiz itlərə qarşı amansız davranışı, heyvanları öldürmələri ilə bağlı yayılan video və fotolor əhalinin hiddətinə səbəb olub.

Bir qrup təbrizli qadın bələdiyyə işçilərini hadisə yerindən uzaqlaşmağa məcbur edib və onların yük maşınına yığıb aparmaq istədikləri heyvanları sərbəst buraxıblar.

Əhalinin etirazları nəticəsində məsələyə münasibət bildirən Təbriz bələdiyyəsinin nümayəndəsi yiyəsiz itlərin toplanaraq şəhərdən qırağa köçürüləcəyini bildirib.

Əksəriyyəti qadınlar təşkil verən etirazçılar bələdiyyənin şəhərdən qırağa köçürdüyü heyvanların ardınca gedib və onların boyunlarına ip salınaraq öldürüldükləri səhnələrini lentə alıblar.

Bu gün mayın 15-i səhər saatlarından başlayaraq çoxunluğu qadınlardan və tələbələrdən ibarət olan kütlə Təbriz bələdiyyəsinin qarşısına toplanaraq bələdiyyə başçısı və heyvanların öldürülməsində əli olan məmurların istefasını tələb edirlər.

Qeyd edək ki, İranda ilk olaraq Təbrizdə könüllülər yiyəsiz itlərin saxlanılması üçün mərkəz təsis ediblər. Xeyriyyəçi şəxslərin dəstəyi ilə fəaliyyət göstərən mərkəzdə çoxsayda heyvanın toplanması daha artıq vəsait tələb edir.

Əlaqədar hökumət qurumları mərkəzə vəsait ayırmaq əvəzinə məsələnin həllini heyvanların öldürülməsi yolu ilə həll etmək istəyirlər.

C.E  


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı

2021-06-16

gun az article

Xalxalın ölüm saçan təhlükəli yolları: "Əksəriyyəti standartlara uyğun deyil"-Polis rəisi

2021-06-16

gun az article

Tehranda faciə: Güneyli futbolçunu qatar vurub öldürdü

2021-06-16

gun az article

İran mətbuatından güneyli qadın hakimə absurd ittiham

2021-06-16

gun az article

Xamneyinin Güney Azərbaycan üzrə təmsilçiləri xalqa çağırış edib

2021-06-16

gun az article

Güneyli ziyalılar Urmu seçkilərində vahid namizədlər siyahısını dəstəklədi

2021-06-16

gun az article

Güneyli milli-mədəni fəal Behnam Şeyxi məzuniyyətə buraxılıb

2021-06-16

gun az article

Öyrənci hərəkatı seçkilərlə bağlı bəyanat yaydı: "“Urmu Birlik Səsi”nin vahid namizədlərinə səs verək"

2021-06-16

gun az article

Urmulu qadın qapıçı Türkiyə klubunda çıxış edəcək

2021-06-16

gun az article

Təbrizdə güclü partlayış: Ölən və yaralananlar var-FOTOLAR

2021-06-16

gun az article

GünazTV June.15.2021-GÜNDƏM MASASI: İranda məqsədli yoxsullaşdırma siyasəti və seçki oyunu

2021-06-15

gun az article

GünazTV June.15.2021-Özümüz: Seçkilər

2021-06-15

gun az article

Muğanda siyasi məhbuslara dəstək aksiyası: Divarlara etiraz şüarları yazılıb

2021-06-15

gun az article

Urmuda bələdiyyə başçısı həbs edildi

2021-06-15

gun az article

Güney Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Miyana-Zəngan magistralında ağır yol qəzası: 1 ailənin 3 üzvü öldü

2021-06-15

gun az article

"Traxtur"un qurucularından biri Abbasqulu Rəsulifər vəfat edib

2021-06-15

gun az article

İçməli su qıtlığı yaşayan Zəngan kəndləri boşalır

2021-06-15

gun az article

Əhərdə “Vərni şəhəri” simvolunun açılışı olub

2021-06-15

gun az article

Edama məhkum edilmiş məhbus Urmu həbsxanasında dünyasını dəyişdi

2021-06-15