SON XƏBƏRLƏR

Təbrizdə iki azərbaycanlı öyrənci həbs cəzasına məhkum edilib

2021.10.20, 07:36
Təbrizdə iki azərbaycanlı öyrənci həbs cəzasına məhkum edilib

Gunaz.tv

GünAz TV: İranda etiraz aksiyalarında iştirak etmiş öyrəncilər barəsində ağır məhkəmə qərarı çıxarıldığı bir vaxtda Təbrizdə də bir neçə azərbaycanlı öyrəncinin həbs cəzasına məhkum edildiyi bildirilir.

 

Məlumata görə, Azərbaycan Mədəni Universitetinin öyrəncisi Əli Kamrani barəsində çıxarılan 3 aylıq həbs cəzası Apelyasiya Məhkəməsi tərəfindən təsdiqlənib.  

 

Təbriz Universitetinin öyrəncisi Əli Qədiri isə 6 ay həbs və 1 il şərti həbs qərarı ilə üzləşib.

 

Əli Qədirinin qanunsuz yığıncaqlara qatılmaqla ümumi asayişi pozmaq və sistemin əleyhinə təbliğdə ittiham olunduğu bildirilir.

 

Təbrizdə ədalətsizlik və ayrı-seçkiliyə qarşı keçirilən etirazlarda (İranda dey ayı etirazları adlanır) saxlanılan bir neçə öyrənciyə həbs cəzası verilib. Ötən günlərdə Təbriz Universitetinin öyrəncisi Röya Səğiri də 23 ay həbs cəzasına məhkum edilmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar