SON XƏBƏRLƏR

Təbrizdə koronavirus böhranı günlərində çörəyin qiymətinin artması etiraza səbəb olub

2021.10.20, 07:36
Təbrizdə koronavirus böhranı günlərində çörəyin qiymətinin artması etiraza səbəb olub

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimim kimi, ötən günlərdə Güney Azərbaycanın bir neçə şəhəri, o cümlədən Təbrizdə çörəyin qiyməti rəsmi şəkildə artırılıb.

 

“Amerikanın səsi” bu barədə yaydığı xəbərdə bildirir ki, keçən günlərdə Təbrizdə çörəyin qiyməti 30 ilə 40 faiz arası bahalaşdırılıb. Yerli siyasətçilər, mədəni fəallar və sosial media istifadəçiləri Ramazanın ilk günləri və pandemiyanın ortasında qiymətlərin artmasına etiraz edir.


Təbriz şəhərində çörəyin qiymətinin bahalaşması, onsuz da koronavirus pandemiyası səbəbilə iqtisadi çətinliklər yaşayan aşağı gəlirli ailələrin həyat şəraitini daha da ağırlaşdırıb.


İLNA agentliyinin xəbərinə görə, Təbriz şəhər şurasının üzvü Qulamhüseyn Məsudi Reyhan bazar günü şuranın iclasında çörəyin bahalaşmasına kəskin etiraz bildirib. O, bununla işlərini itirən işçilərin həyatının alt-üst olduğunu söyləyib.
“Bilmirəm bu pandemiya şəraitində hansı ağıllı çörəyin qiymətini artırıb. Bu qərarı verənlər ya çörək almırlar, ya da ki, çörəyin bahalaşması onların həyatına təsir etmir. Üç aydır işini itirən işçilərin həyatı çörəyin bahalaşması ilə alt-üst olur.”- deyə iclasda danışan Məsudi Reyhan bildirib.


Şəhər Şurasının üzvü sənətkarların məişət şəraitinə də diqqət çəkib: “Tətillər səbəbilə sənətkarlar və aşıqlarımızın vəziyyəti çox pisləşib. Onlara mədəniyyət və incəsənət büdcəsindən yardım ayırmaq mümkündür.”


Sosial media istifadəçiləri və Təbrizdə fəaliyyət göstərən internet portalları qiymətlərin artmasından əlavə çörəyin çəkisinin də azaldığını önə çəkirlər.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar