SON XƏBƏRLƏR

Təbrizdə məktəb direktorları şagirdlərdən sobanı yandırmaq üçün pul tələb edir

2021.10.20, 07:36
Təbrizdə məktəb direktorları şagirdlərdən sobanı yandırmaq üçün pul tələb edir

Gunaz.tv

GünAz TV: Təbrizin məktəbliləri məktəb rəhbərlərinin dərs otaqlarında soba və ya digər isidicilərin yandırmadıqlarını deyirlər.

 

Onların sözlərinə əsasən, məsulların etinasızlığı üzündən sinif otaqları həddindən artıq soyuqdur. Şagirdlər bildirirlər ki, yalnız pul ödədikləri təqdirdə, məktəb rəhbərləri isidici vasitələri işə salırlar.

 

Şagirdlərdən biri bildirir ki, məktəb direktoruna otaqların soyuq olmasına görə şikayət etdiyimizdə o, bizə “pul verin, sobaları yandıraq” cavabını verdi.

 

Direktor məktəblilərə deyib ki, orta təhsil müəssisələrində adambaşına düşən maliyyələşmə kafi olmadığından, hara istəsəniz, şikayət edə bilərsiniz. Halbuki direktorun bu sözləri dövlətin təhsil müəssisəsində şagirdlərdən pul ala bilmək üçün özbaşınalıq hesab edilir.

 

“Həqiqətən bizim də sinif otaqlarımız həddindən artıq soyuqdur. Etiraz edəndə deyirlər ki, hələlik təhsil şöbəsindən sobaları yandırmaq üçün göstəriş verilməyib”, - deyə təbrizli digər şagird deyib.

 

Bütün bunlar məktəb rəhbərlərinin maddi məsələləri bəhanə etməklə, valideynlərdən qanunsuz yollarla pul qopartmaq istədiklərini göstərir.

 

İran hökumətinin iddialarına görə, istedadlı uşaqlar üçün nəzərdə tutulmuş xüsusi məktəblər, eləcə də özəl ümumi təhsil müəssisələrinin öz idarəetmə qanunları var. Lakin dövlət məktəbləri ölkənin təhsil sahəsində qüvvədə olan qanun və qaydalarına tabe olduqlarına görə, onların hətta valideynlərdən maddi kömək almaq hüququ da yoxdur.

 

Bununla belə, yayılan məlumatlar İran hökumətinin iddialarının tam əksini nümayiş etdirir. Belə ki, dövlət məktəbləri işıq, su və qaz pulları, eləcə də A4 kağızları, stol-stulun təmiri,  pərdə alınması, kondisioner və isidici sistemlərin təmiri və s. bu kimi digər xərcləri də valideynlərdən alırlar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar