“Cəmaran Mənzil Kooperativ Şirkəti”nin səhmdarları bu gün, 1 fevral tarixində Təbriz Bələdiyyəsinin qarşısında etiraz aksiyası keçiriblər.
Gunaz.tv
Təbriz Bələdiyyəsinin yalan vədlərinə etiraz olaraq səhmdarlar “utanın, verdiyiniz sözü yerinə yetirin!”, "yarıtmaz məsula ölüm" şüarları səsləndiriblər.
Etirazçılar 20 il davam edən qeyri-müəyyənliyə və hüquqlarının yerinə yetirilməməsinə görə etiraz ediblər. Onlar 11 min səhmdarın yalnız 2 min nəfərinə mənzil verildiyini, qalanlarının hüquqlarının yalan vədlərlə tapdalandığını bildiriblər.
Qeyd edək ki, bu səhmdarların son ayda üçüncü etiraz aksiyasıdır. Onlara problemin həlli ilə bağlı verilən vədlərin heç biri yerinə yetirilməyib.
C.E