SON XƏBƏRLƏR

Təbrizdə metro tikintisində işləyən fəhlələr etiraz aksiyası keçirib

2021.10.20, 07:36
Təbrizdə metro tikintisində işləyən fəhlələr etiraz aksiyası keçirib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda özəl və dövlət müəssisələrində çalışan əksər işçilər əmək haqlarını vaxtı-vaxtında ala bilmirlər.

 

Bu dəfə Təbriz metrosunun tikintisində çalışan fəhlələr əmək haqlarının gecikməsi səbəbindən etiraz aksiyasına başlayıb.

 

Məlumata görə, birinci qatar xəttinin tikintisində çalışan fəhlələr oktyabrın 2-dən aksiyaya başlayıb, onlar 6 aydır gecikən əmək haqlarını tələb edir.

 

Polis fəhlələrin çöldə aksiya keçirməsinə icazə verməyib.

 

Təbriz Şəhərdaxili Qatar Təşkilatının icraçı direktoru Mustafa Moləvinin sözlərinə görə, Təbriz metrosunda tikinti işləri 120 milyard tümən borca görə dayandırılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar