SON XƏBƏRLƏR

Təbrizdə mobil mağazaları fəaliyyətini dayandırıb - GÖRÜNTÜ

2021.10.20, 07:36
Təbrizdə mobil mağazaları fəaliyyətini dayandırıb - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Martın 4-də Təbrizdə mobil telefonu satan mağazalar telefonların qeydiyyata alınması qərarına etiraz olaraq bağlanıb.

 

“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, Mağaza sahibləri iş yerlərini bağladıqdan sonra Təbriz bazarında bir araya gəliblər.

 

“Mobil telefonlarının qeydiyyata alınması qərarı bir çox problem yaradıb, şirkətlər telefon idxal edə bilmir. Bizdə isə satışa çıxartmaq üçün qeydiyyata alınmış telefon olmadığı üçün işimiz dayanıb və heç bir gəlirimiz yoxdur”- deyə etirazçılardan biri qeyd edib.

 

Mağaza sahiblərindən daha birisi mobil telefonlarının bahalaşdığından və bundan dolayı alverin zəiflənməsindən şikayətlənib.

 

“Bir həftədir ki, telefon idxal edilmir. Bazarda olan telefonlar isə olduqca bahalıdır. Ona görə də bu işlə məşğul olanlar işsiz vəziyyətdə qalıblar”- deyə o vurğulayıb.

 

Etirazçılar həmçinin son bir həftə ərzində mobil telefonlarının qeydiyyata alınmamasından şikayətlənib. Onların sözlərinə görə, qeydiyyat üçün nəzərdə tutulan sayt naməlum səbəbdən bağlanıb. Son günlərdə satılan telefonlar isə qeydiyyata alınmadığı üçün geri qaytarılır. Bütün bunlar telefon mağazalarında işləri dayandırıb, bu vəziyyətə son qoyulmalıdır.

 

Mağaza sahiblərinin dediyinə görə, onlar nəinki telefon sata bilmir, hətta satdıqları telefonlar da qaytarılır. Ona görə də mağazalarını bağlamağa məcbur olurlar.

 

Verilən açıqlamalara görə, etirazçılar problemlə bağlı  Şərqi Azərbaycan valiliyinə müraciət edib, onlara bir müddət gözləməli olacaqları bildirilib. Gömrük isə hələlik qeydiyyat saytını açmaq niyyətində olmadığını qeyd edib.

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar