GünAz TV: Güney Azərbaycanda təhrifə məruz qalan şəhər və kənd adlarının sırası genişlənir.
Son vaxtlar Təbriz şəhərində bir sıra obyektlərin lövhəsində “Tavrij” sözünə rast gəlinir.
Bu ad əsasən kürdlər tərəfindən idarə olunan obyekt və şirkətlərdə istifadə olunsa da, bəzi azərbaycanlılar da bilmədən bu addan istifadə edir.
GünAz TV-nin mətbuat mərkəzinə göndərilən videoda soydaşlarımızdan biri lövhəsinin üzərində “Tavrij” yazılan obyektin qarşısında dayanaraq məsələ ilə bağlı yerli əhaliyə xəbərdarlıq edib. Onun sözlərini olduğu kimi aşağıdakı videodan izləyə bilərsiniz.
https://www.youtube.com/watch?time_continue=48&v=XxyM26KY7Os
Bundan öncə Təbriz-Əhər üçyolunda quraşdırılan “Tavrij boulinq klubu” lövhəsində də “Təbriz” yerinə “Tavrij” sözü yazılmışdır. Təbriz Bələdiyyə İdarəsinin nəzarətində olan Turizm və Trafik Təşkilatı tərəfindən quraşdırılan lövhə bir gün sonra azərbaycanlı gənclər tərəfindən rənglənərək oxunulmaz hala salındı və bundan sonra “Tavrij” sözünə qarşı sosial şəbəkələrdə etirazlar genişləndi.
N.S