SON XƏBƏRLƏR

Təbrizdə polisin avtomobili təqib etməsi 16 yaşlı qızın ölümünə səbəb olub – GÖRÜNTÜ

2021.10.20, 07:36
Təbrizdə polisin avtomobili təqib etməsi 16 yaşlı qızın ölümünə səbəb olub – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində gənc oğlan və qızın gəzdiyi bir minik avtomobili, İrşad adı ilə tanınan patrul xidməti əməkdaşları tərəfindən təqib olunub. Bunun nəticəsində baş verən qəzada 16 yaşlı qız həyatını itirib.

 

Hadisə aprelin 26-da Təbrizin Bağmişə şəhərciyində baş verib.

 

Şahidlərin dediyinə görə, gənc qız və oğlan öz şəxsi avtomobilləri ilə şəhərə çıxıblar. Onlar İrşad polisi tərəfindən təqib olunduqlarını fərq edincə, sürətlə polisdən uzaqlaşmağa çalışıblar. Polis isə avtomobili təqib etməyə davam edib. Bunun nəticəsində qız və oğlanın olduğu avtomobil kontroldan çıxaraq bir avtobus ilə toqquşub. Baş verən qəzada 16 yaşlı gənc qız hadisə yerində keçinib.

 

Aşağıdakı görüntüdə sözügedən oğlanın qəzadan sonra polis avtomobilinin yanında ağladığı görünür.

 

 

İran polis hicabsızlıq, qeyri-məşru münasibət və digər bəhanələrlə gənc qız və oğlanları davamlı olaraq təzyiq altında saxlayır. Qız və oğlan arasında olan ən adı münasibət onların təqib və təzyiqlərə məruz qalması və məhkəmə qarşısına çıxarılması ilə nəticələnə bilər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar