Təbrizdə sağlıq ocaqları yerli xeyriyyəçilərin hesabına tikilir

2021-06-23 10:40

Güney Azərbaycan başkəndi Təbrizdə səhiyyə müəssisələri sahibkarların hesabına tikilir.

Gunaz.tv Quote | Gunaz article

Özəlliklə təhsil ocaqları və tibbi məntəqələrin tikintisi, təmiri və texniki avadanlıqla təminatı demək olar ki, çox hallarda yerli iş adamları və xeyriyyəçilərin hesabına baş tutur.

Buna səbəb mərkəzi hakimiyyətin Güney Azərbaycan əyalətlərində səhiyyə infrastrukturunun inkişafına laqeyd yanaşmasıdır.  İllik dövlət budcəsindən bu sahəyə yetərli vəsaitin ayrılmaması problemlərin yerli əhali və xeyriyyəçilər tərəfindən həll olunmasına səbəb olub.

Təbrizin şərq bölgəsində sağlıq ocağı çatışmır. Hökumətin laqeydliyi sahibkarları hərəkətə gətirib. Tanınmış iş adamlarından olan Siyavuş Moqimi Əsl bölgədə yeni tipli klinikanın tikintisini öz üzərinə götürüb.

İyunun 21-də klinikanın təməlqoyma mərasimi keçirilib. Mərasimdə Təbriz şəhərinin məsul şəxslərindən bir neçəsi, o cümlədən İranın ali rəhbər Xamneyinin Şərqi Azərbaycan üzrə nümayəndəsi və Təbrizin cümə imamı Seyid Məhəmməd Ali Haşim iştirak edib. 

Şəhərinin şərq bölgəsində tikilməsi nəzərdə tutulan klinika Təbriz və ətraf kəndlərin aztəminatlı əhalisinə tibbi yardım göstərmək üçün 1200 kvadratmer infrastrukturla 6000 kvadratmetr ərazidə qurulacaq.

Bu xeyriyyə layihəsini həyata keçirmək üçün azərbaycanlı iş adamı Siyavuş Moqimi Əsl təxminən iki il ərzində 10 milyard tüməndən çox pul xərcləyəcək.

Qeyd edək ki, Siyavuş Moqimi Əsl Təbrizin tanınmış iş adamı və xeyriyyəçisi Rza Moqimi Əslin oğludur. Rza Moqimi Əsl Azərbaycanda, özəlliklə Təbriz şəhərində bir sıra təhsil ocağı və tibb  mərkəzlərinin qurulması layihəsini maliyyələşdirib.

O, 2018-ci ildə özünə məxsus zavodda baş verən partlayış nəticəsində 75 yaşında dünyasını dəyişib. 

 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli veloyürüşçü Rəsulzadənin məzarını ziyarət edib

2021-08-02

gun az article

Ərdəbildə içməli su qıtlığı: Əhaliyə keyfiyyətsiz su verilir

2021-08-02

gun az article

Sel və daşqınlar Şərqi Azərbaycanda ciddi fəsadlar yaradıb- VİDEO

2021-08-02

gun az article

Məşhur “Sizə salam gətirmişəm” şeirinin müəllifi vəfat etdi-VİDEO

2021-08-02

gun az article

Güneyli məktəblilərdən böyük uğur: Qəbul imtahanlarında 9 nəfər ilk yerləri tutub

2021-08-02

gun az article

“Türkiyədə bir ağac yanarsa Azərbaycanda min ürək yanar"- Güney Azərbaycandan Türkiyəyə dəstək

2021-08-02

gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30