SON XƏBƏRLƏR

Təbrizdə SEPAH-ın xüsusi komandanlığı yaradılıb, Əmr dini rəhbərdən gəlib

2021.10.20, 07:36
Təbrizdə SEPAH-ın xüsusi komandanlığı yaradılıb, Əmr dini rəhbərdən gəlib

Gunaz.tv
Təbrizdə SEPAH-ın xüsusi komandanlığı yaradılıb Əmr dini rəhbərdən gəlib Şərqi Azərbaycan vilayətində İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) xüsusi komandanlığı yaradılıb. "Aşura ordusu" adı altında yardılan komandanlığın rəhbərinin adı hələlik açıqlanmayıb. SEPAH baş komandanı Məhəmmədəli Cəfərinin bildirdiyinə görə, sözügedən komandanlıq İranın ali dini rəhbəri Ayətullah Xomneyinin əmri ilə ölkənin 31 bölgəsində yaradılan yeni komandanlıqlardan biridir. ("OLAYLAR"İA) ---------------------------------------------------------------------- Gürcü-osetin münaqişəsində gərginlik yenidən artıb Rusiya qoşunlarının Potiyə doğru irəlilədikləri bildirilir Gürcü-osetin münaqişə zonasında yenidən gərginlik müşahidə olunub. Qori şəhəri ətrafındakı nəzarət-buraxılış məntəqəsində rus və gürcü əsgərləri arasında qarşıdurma yaranıb. Əraziyə gələn rus tankları gürcüləri geriyə sıxışdırıb. Gürcüstanın xarici işlər naziri Qori şəhərinə Rusiya qoşunlarının əlavə bölmələrinin daxil olduqlarını və Poti şəhərinə doğru irəlilədiyini bildirib. Atəşkəs razılaşmasına baxmayaraq ruslar Qori şəhərinin ətrafında iri hərbi birləşmələr cəmləşdiriblər. Hazırda rusların nədən Qori şəhərini tərk etməmələri qeyri-müəyyən olaraq qalır. Tanınmamış Cənubi Osetiya Respublikasına məxsus qanunsuz hərbi birləşmələr Qorini tərk etməkdən imtina ediblər. Gürcüstanın qərbində yerləşən Zivgilin şəhərində də Rusiya hərbi birləşmələri qalmaqdadır. Gürcü rəsmiləri ötən axşam Rusiya qoşunlarının Zivgilini tərk etmələri barədə məlumat vermişdilər. Daha bir ehtimala görə, Rusiya qüvvələri Gürcüstanın əsas şəhərlərindən olan Qorini nəzarət altında saxlamaqla ölkəni iki hissəyə parçalamaq niyyətindədir. Bu şəhər paytaxt Tbilisidən 100 kilometr məsafədə yerləşdiyindən Moskva Gürcüstan hökumətinin hər an işğal olmaq təhlükəsi qarşısında olduğu barədə mesaj vermiş olur. Bu arada ABŞ Gürcüstana humantar yardım etməyə başlayıb.(ANS)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar