SON XƏBƏRLƏR

Təbrizdə səyyar satıcı bələdiyyə məmurları tərəfindən vəhşicəsinə döyülüb – VİDEO

2021.10.20, 07:36
Təbrizdə səyyar satıcı bələdiyyə məmurları tərəfindən vəhşicəsinə döyülüb – VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda Bələdiyyə İdarəsi məmurlarının səyyar satıcıları döyməsi məsələsi növbəti dəfə sosial şəbəkələrin gündəminə düşüb.

 

Güney Azərbaycanın Təbriz şəhərində yoxsulluqdan səyyar satıcılıqla məşğul olan bir gənc şəhərin Bələdiyyə İdarəsinin məmurları tərəfindən hücuma məruz qalıb, onun satdığı mallar zorla əlindən alınıb.

 

Ötən günlərdə baş verən hadisə soydaşlarımızdan biri tərəfindən kameraya çəkilib.

 

Videoda göründüyü kimi, bələdiyyə məmurları gənc satıcını vəhşicəsinə döydükdən sonra onu avtomobilə mindirərək idarəyə aparmaq istəyiblər. Bu hadisə ətrafdakı insanların etirazına səbəb olub, onlar satıcını məmurların əlindən qurtarmağa çalışıb.

 

Hər gün küçə ticarəti ilə məşğul olan yüzlərlə soydaşımız polis və bələdiyyə məmurları tərəfindən döyülür, lakin onlardan bəziləri kameraya çəkilərək sosial şəbəkələrdə yayılır.

 

Güney Azərbaycanda işsizlik problemi dözülməz həddə çatıb. Bu səbəbdən bir çox insan küçə ticarəti və səyyar satıcılıqla məşğul olur. Bəzi soydaşlarımız isə işsizlikdən dolayı doğma şəhər və kəndlərini tərk edərək İranın digər bölgələrinə köçməyə məcbur olur, onların bir çoxu getdikləri şəhərlərdə səyyar satıcılıq kimi zəif işlərlə məşğul olurlar.

 

https://www.youtube.com/watch?time_continue=19&v=pOvSqDPCxwk

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar