Təbrizdə stadiona buraxılmayan qızlardan “Traxtur” tərəfdarlarına təşəkkür mesajı – VİDEO / Qızlar oğlan paltarı ilə stadiona gediblər - GÖRÜNTÜ

16.12.2018, 19:35

GünAz TV: Təbrizin “Traxtur” komandasının dekabrın 14-də Xuzistanın “Fulad” komandası ilə keçirdiyi görüşdə, komandanın bir çox qız tərəfdarı səhənd stadiona buraxılmayıb.

 

Məlumata görə, Azərbaycan komandasının qız tərəfdarları görüşü stadionda canlı izləməyə çalışıb və bunun üçün əllərindən gələni ediblər, lakin onlar təhlükəsizlik qüvvələri tərəfindən stadiondan uzaqlaşdırılıb. İran rejiminin qanunlarına görə, qadınların stadionlarda yarışları izləməsi qadağandır.

 

Bu arada iki qızın oğlan paltarı ilə stadiona daxil olduğu bildirilir. “Traxtur”-“Fulad” görüşündən yayılan görüntülərdə atasının yanında görünən bir gənc qızın oğlan paltarı ilə stadiona daxil olduğu müşahidə olunur. Eyni metodla daha bir azyaşlı qız uşağı yoxlamadan keçərək stadiona daxil ola bilib.

 

 

 

Şəkillərdə göründüyü kimi, “Traxtur”un bir çox qız uşağı və qadın tərəfdarı isə stadionun yaxınlığındakı təpənin üstündən doğma komandanın yarışını izləməyə çalışıblar.

 

 

Stadiona buraxılmayan “Traxtur”un qız tərəfdarlarından biri video vasitəsi ilə komandanın kişi tərəfdarlarına öz ürək sözlərini çatdırıb. O, hər bir fürsətdə qadın hüquqlarını müdafiə edən və onların stadiona buraxılmasını tələb edən “Traxtur” tərəfdarlarına öz təşəkkürünü bildirib.

 

“Biz bu vasitə ilə sizə öz dəstəyimizi nümayiş etdiririk, necə ki, siz bizim səsimiz olubsunuz və bizim hüquqlarımız haqda şüarlar səsləndirirsiniz. Qadınların stadiona buraxılmasını tələb edən bütün “Traxtur” tərəfdarlarına öz təşəkkürümüzü bildiririk. Biz hamımız insanıq və bərabər hüquqa malikik. Bir-birimizə arxayıq və bu yolu birlikdə gedəcəyik”- deyə videoda bildirilib.

 

Onun sözlərini və söhbətinin sonunda verdiyi şüarları olduğu kimi dinləmək üçün aşağıdakı videonu izləyə bilərsiniz:

https://www.youtube.com/watch?time_continue=15&v=EdNINuMKI7U

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22