GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində Məhəmməd Əbdülməhəmmədzadə adlı azərbaycanlı şair saxlanılıb.
O oktyabrın 10-u Təbriz vaxtı ilə saat 12 radələrində Ettelaat əməkdaşları tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.
“Çılqın” təxəllüsü ilə yazıb-yaradan şair işə gedərkən Abbasi xiyabanında yaxalanıb. Azərbaycanlı şairin Təbrizin ayaqqabıçılar bazarında işlədiyi bildirilir.
M.Əbdülməhəmmədzadənin tutulmasının səbəbi və harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.
N.S