SON XƏBƏRLƏR

Təbrizdə torpaq sürüşməsi baş verib, yaralananlar var – Görüntü

2021.10.20, 07:36
Təbrizdə torpaq sürüşməsi baş verib, yaralananlar var – Görüntü

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində torpaq sürüşməsi nəticəsində altı nəfər xəsarət alıb.

 

 

 

Hadisə şəhərin magistral yollarının birində baş verib və “Prayd” markalı avtomobil torpaq sürüşməsi nəticəsində əmələ gələn iri çuxura düşüb.

 

Hadisədə xəsarət alanlardan üç nəfəri uşaqdır.

 

Xatırladaq ki, Güney Azərbaycan yollarında təxminən hər gün insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzalarının əsas səbəbi kimi göstərir.  

 

 

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar