Klubun qapısı qarşısına toplaşan tərəfdarlar Traxturun son həftələrdə göstərdiyi zəif nəticələrə görə narahatdırlar.
Gunaz.tv
Günorta saatlarında baş tutan aksiyada təbrizli tərəfdarlar son qarşılaşmalarda göstərilən zəif nəticələrin klub rəhbərliyinin yarıtmaz siyasətləri nəticəsində baş verdiyini bildirərək, klub rəhbərliyinin cavab verməsini istəyiblər.
Tərəfdarlar klubun yiyəsi Zunuziyə xitabən “maliki kəhkəşani hardasan, hardasan?” şüarları səsləndiriblər.
Etirazçılar üzərində “Zunuzi hardasan, tərəfdara cavab ver” yazılmış plakardlar qaldırıblar.
Traxtur dünən Təbrizin “Səhənd” stadionunda baş tutan son qarşılaşmada Tehranın “Perspolis” komandasına 1-0 hesabı ilə uduzdu.
Bundan öncə premiyer liqanın 13-cü həftəsində isə eyni stadionda Ərak şəhərinin “Aluminium” komandası ilə qarşılaşmada meydandan məğlub ayrıldı.
C.E