Təbrizdə “Traxtur” komandasının “İstiqlal” komandası üzərində qələbəsinə sevinən azərbaycanlı əsgər həbs edilib - VİDEO

2020-09-05 14:01

Güney Azərbaycanın paytaxtı olan Təbrizdə “Traxtur” futbol komandasının Tehranın “İstiqlal” komandasına qələbəsi münasibətilə şənlik edən əhaliyə qatılaraq rəqs edən azərbaycanlı sıravi əsgər Yaşar Səfyari həbs edilib.

Gunaz.tv Quote | Gunaz article


Yayılan məlumata əsasən, dünən sübh Təbriz hava limanı qarşısında toplaşan  və “Traxtur” komandası üzvlərinin Məşhəddən gəlişini gözləyən “Traxtur” azarkeşləri Təbriz komandasının tehranlı rəqibinə qarşı 3:2 hesabı ilə qələbəsini sevinclə qarşılayıblar. 


Bildirilir ki, “Traxtur” tərəfdarları bu qələbə münasibətilə bir araya gələrək coşğu içərisində birlikdə rəqs edərək bu sevinci bir-birləri ilə paylaşıblar. Lakin azarkeşlər arasında 1 azərbaycanlı əsgərin rəqsə qatılması daha diqqət çəkib və az sonra yerli hüquq-mühafizə qüvvələrinin bir əməkdaşı rəqs etməkdə olan azərbaycanlı əsgərə yaxnlaşaraq onu başqalarından ayıraraq özü ilə naməlum istiqamətə aparıb.


Adı Yaşar Səfyari olduğu bildirilən həmin əsgərin haraya aparıldığı və hazırda harada saxlanıldığı barədə hələlik hər hansı bir məlumat yoxdur. 

 


Qeyd edək ki, sentyabrın 3-də Güney Azərbaycanın təmsilçisi olan “Traxtur” futbol komandası Məşhəd şəhərində keçirilən matçda Tehranın “İstiqlal” komandasını 3:2 hesabı ilə məğlub edərək İran kubokunun (cam-i həzfi) sahibi olub.

 
“Traxtur”un qələbəsi Güney Azərbaycanın müxtəlif şəhərlərində böyük sevinc və coşğu ilə qarşılanıb. Belə ki, ayrı-ayrı şəhərlərdə küçələrə axışan “Traxtur” tərəfdarları milli şüarlar səsləndirərək Azərbaycan musiqisi sədaları altında bu mühüm qələbəni bayram ediblər. 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Süleyman Əlizadə Təbrizdə Qarabağa dəstək aksiyasında həbs edilib

2020-10-26

gun az article

Güney azərbaycanlı cavanlar Azərbaycan Ordusuna hərbi salam veriblər- VİDEO

2020-10-26

gun az article

8 milli fəal barəsində qeyri- müəyyənlik davam edir

2020-10-26

gun az article

GünazTV Oct.23.2020: Günaz tv-nin Michael Doran ilə musahibəsi

2020-10-24

gun az article

GünazTV Oct.24.2020 : Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun Vaşinqton səfərinin detalları! Ceyhun Bayramov həm də Ağ Evdə önəmli görüşlər keçirib.

2020-10-24

gun az article

Qərbi Azərbaycanın yerli olmayan valisinin anti-Azərbaycan yazını "layk" etməsi etirazlara səbəb olub- FOTO

2020-10-24

gun az article

Qəzvin əyalətində 5.4 bal gücündə zəlzələ olub

2020-10-24

gun az article

"Sepah" Azərbaycan Respublikası ilə sərhədə onlarla tank gətirib- VİDEO

2020-10-24

gun az article

Abbas Lisani- Son görüş

2020-10-24

gun az article

Təbrizin İnqilab məhkəməsi 13 fəala qarşı çıxarılmış mülki vəsiqə qərarının məbləğini artırıb

2020-10-24

gun az article

GünazTV Oct.23.2020-Azadlıq Səsi: Qarabağda son durum və Güneydə həbs edilən milli-mədəni fəallar

2020-10-24

gun az article

GünazTV Oct.23.2020 : Qarabağ Muharibəsində Məğlub ermənistanın Son Durumu ,Azərbaycanın Zəfəri və Qarabağın Gələcəyi

2020-10-24

gun az article

Milli fəallar azadlığa çıxan Zeynal Tənhayi ilə görüşüblər

2020-10-23

gun az article

Güney azərbaycanlı 10 xanım fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-23

gun az article

Ərdəbilin petrokimya zavodunun işçiləri 7 aydır əməkhaqqı ala bilmirlər

2020-10-23

gun az article

Əhməd Obalı Amerika Radiosuna Güney Azərbaycanın Quzey Azərbaycan ordusuna dəstəyilə bağlı müsahibə verib

2020-10-23

gun az article

GünazTV Oct.22.2020-Sözümüz: Qarabağ Savaşı və Milli Oyanış

2020-10-23

gun az article

GünazTV Oct.22.2020- Düşünməyə Çağırı: Türkistandan Qarabağa

2020-10-23

gun az article

GünazTV Oct.22.2020 : “Paşinyan müharibə istəyir. Bu halda rəsmi Bakının addımları nə olacaq?”

2020-10-22

gun az article

Son etirazlarda tutulan 66 fəalın adı məlum olub

2020-10-22