SON XƏBƏRLƏR

Təbrizdə ustad Həsən Dəmirçinin vəfatının birinci ildönümü mərasimi keçiriləcək

2021.10.20, 07:36
Təbrizdə ustad Həsən Dəmirçinin vəfatının birinci ildönümü mərasimi keçiriləcək

Gunaz.tv

GünAz TV: Tanınmış güney azərbaycanlı milli-mədəni fəal, musiqi ustadı mərhum Həsən Dəmirçinin (Həsən Azərbaycan) vəfatının birinci ildönümü mərasimi keçiriləcək.

 

Mərhumun ailəsi tərəfindən yayılan bildirişdə elan olunduğu kimi, mərasim iyunun 20-də yerli vaxtla saat 18:30-dan 20:30-dək Təbrizin Ana parkının qarşısında yerləşən Nəzirvəndi məscidində keçiriləcək.

 

H.Dəmirçi 2017-ci il iyunun 24-ü sübh saatlarında Təbrizdə müalicə aldığı “Ali nəsəb” xəstəxanasında vəfat edib.

 

Həsən Dəmirçi 1941-ci ildə Təbrizdə dünyaya göz açıb. O şair, yazıçı və musiqi ustadı kimi bütün ömrünü vətəni Azərbaycan, onun musiqisi və ictimai-siyasi məsələlərinə həsr edib. Azərbaycan türk milləti bu xidmətlərinə görə ona “Həsən Azərbaycan” ləqəbi verib.

 

H.Dəmirçi Güney Azərbaycanın klassik və muğam musiqisi üzrə ən tanınmış incəsənət xadimlərindən biri olub.

 

Azərbaycanlı fəal, mərhum Prof. Zehtabi ilə birlikdə 1986-cı ildə Təbrizdə “Azərbaycan Mədəniyət Ocağı” Dərnəyinin qurucularından olub. O həmin zaman dərnəyin musiqi bölümü üzrə məsul seçilib.

“Azərbaycan Mədəniyət Ocağı” Dərnəyi musiqi sahəsində böyük uğurlara imza atıb. Bu dərnəyin sayəsində Əli Səlimi kimi böyük ustadlar musiqi sahəsində addımlamağa imkan tapıblar.

 

Mərhum muğam musiqisi haqda bir neçə cild kitabın müəllifi olub.

 

“Həsən Azərbaycan” adı ilə tanınan mərhum Həsən Dərmirçi həyatdaykən Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalmışdır.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar