Təbrizdə və Tehranda Qarabağa dəstək aksiyaları keçirilib - FOTOLAR və VİDEOLAR

2020-10-18 22:01

Oktyabrın 18-də Güney Azərbaycanın Təbriz şəhərində, eləcə də Tehranda müzəffər Azərbaycan Ordusunun Qarabağda Ermənistan işğalçılarına qarşı həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib.

Gunaz.tv Quote | Gunaz article


Yayılan məlumata əsasən, Təbrizdə axşam saatlarına qədər davam edən etirazlarda əllərində Azərbacan bayrağı gəzdirən aksiyaçılar, İran rejiminin Ermənistana silah-sursat göndərməsinə etiraz bildirərək İranla Ermənistan arasında olan Nurduz gömrüyünün bağlanmasını tələb ediblər.


Aksiyaçılar həmçinin “Qarabağ bizimdir, bizim olacaq”, “Erməniyə dəstək cinayətdir”, “Ölüm olsun faşistə”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”, “Azərbaycan milləti, çəkənməz bu zilləti” və digər milli şüarlar səsləndirərək Qarabağa dəstək nümayiş etdiriblər.


 Təbrizli milli-mədəni fəallar həmçinin üzərində “Gəl qardaşım meydana, silah gedir İrəvana, Azərbaycan yana-yana, Nurduz gərək bağlana” şüarı yazılmış plakatlar qaldıraraq, İran hökumətinin Ermənistan rejiminə dəstəyinə son qoyulmasını tələb ediblər.


Yayılan məlumata əsasən, azərbaycanlıların Qarabağa dəstək aksiyasından vahiməyə düşən İran təhlükəsizlik qüvvələri Təbrizin küçə və meydanlarını nəzarətə almağa cəhd göstərərək, aksiya xəbərinin yayılmasının qarşısını almaq üçün şəhər internetin sürətini azaldıblar. Polis qüvvələrinin dinc etirazçılara qarşı kobud davrandığı, çoxlu sayda dinc etirazçının həbs edildiyi bildirilir. 


Yayılan digər bir məlumata görə, oktyabrın 18-də Tehranda da Qarabağa dəstək aksiyası keçirilib. Bildirilir ki, Savə yolunda yerləşən Nəsimşəhr məntəqəsində bir qrup azərbaycanlı fəal üzərində “Qarabağ bizimdir, bizim olacaq”, “Qarabağ Azərbaycandır” və “Sən çağırsan gələrəm mən, yaşa-yaşa Azərbaycan” şüarları yazılmış plakat qaldıraraq, Qarabağın və ətraf rayonların erməni işğalından azad olunması əməliyyatına dəstək veriblər.


Aksiyaçılar həmçinin digər milli şüarlar səsləndirərək, İran hökumətinin təcavüzkar və işğalçı Ermənistana müxtəlif sahələrdə yardım göstərməsinə etiraz bildiriblər. 

 

 


 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdəbildə Qarabağa dəstək olan fəalların tutulmasına etiraz olaraq divarlara şüarlar yazılıb

2020-10-28

gun az article

Fəal Mehdi Nikazərə qarşı ittihama xitam verilib

2020-10-28

gun az article

GünazTV Oct.27.2020-Özümüz: Kuroş

2020-10-28

gun az article

GünazTV Oct.27.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İranın tutumu

2020-10-28

gun az article

Hərbi tibb qulluqçusu Arəstə xanım yaralı hərbçilərimizi döyüş meydanından çıxaran zaman şəhid olaraq, Azərbaycan Vətən Müharibəsinin ilk xanım şəhidi oldu.

2020-10-27

gun az article

Ermənistanın Baş Naziri Nikol Pasinyan xalqina muraciet etdi.

2020-10-27

gun az article

GünazTV Oct.27.2020 : “Azərbaycan Prezidentinin xalqa müraciətində vacib mesajlar verdi.”

2020-10-27

gun az article

Təbrizli deputat: "İrançılıq irqçilikdir"

2020-10-27

gun az article

Milli fəal Əkbər Mühaciri Təbrizin Mərkəzi zindanına köçürülüb

2020-10-27

gun az article

Təbriz və Culfada tutulmuş 5 fəaldan hələ də xəbər yoxdur

2020-10-27

gun az article

GünazTV Oct.26.2020: PARLAQ GƏLƏCƏK: Quzey Azərbaycan ordusunun zəfəri, Pan-İranizm’in kədəri

2020-10-27

gun az article

GünazTV Oct.26.2020 : “Qubadlı şəhəri işğaldan azad edilib, president müşavirədə Kəlbəcərdən də danışdı!”

2020-10-26

gun az article

"Sepah"ın şimal- qərb sərhədlərində ikili standartı- Məhəmməd Rəhmanifər

2020-10-26

gun az article

Süleyman Əlizadə Təbrizdə Qarabağa dəstək aksiyasında həbs edilib

2020-10-26

gun az article

Güney azərbaycanlı cavanlar Azərbaycan Ordusuna hərbi salam veriblər- VİDEO

2020-10-26

gun az article

8 milli fəal barəsində qeyri- müəyyənlik davam edir

2020-10-26

gun az article

GünazTV Oct.23.2020: Günaz tv-nin Michael Doran ilə musahibəsi

2020-10-24

gun az article

GünazTV Oct.24.2020 : Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun Vaşinqton səfərinin detalları! Ceyhun Bayramov həm də Ağ Evdə önəmli görüşlər keçirib.

2020-10-24

gun az article

Qərbi Azərbaycanın yerli olmayan valisinin anti-Azərbaycan yazını "layk" etməsi etirazlara səbəb olub- FOTO

2020-10-24

gun az article

Qəzvin əyalətində 5.4 bal gücündə zəlzələ olub

2020-10-24