SON XƏBƏRLƏR

Təbrizdə voleybol derbisində Azərbaycan şəhərlərinin birliyi nümayiş etdirilib – VİDEO

2021.10.20, 07:36
Təbrizdə voleybol derbisində Azərbaycan şəhərlərinin birliyi nümayiş etdirilib – VİDEO

Gunaz.tv

GünAz TV: Təbriz və Urmiyənin “Şəhrdari” voleybol komandaları arasında keçirilən görüşdə, oyunu izləyən gənclər Azərbaycan şəhərləri arasında birliyin olduğunu nümayiş etdiriblər.

 

Çərşənbə günü Təbrizin Əqdəmi stadionunda keçirilən görüşdə Təbrizin “Şəhrdari” komandasının tərəfdarları qardaş komandanın mənsub olduğu Urmiyə şəhərinin ünvanına gözəl şüarlar səsləndiriblər. Tamaşaçılar ən çox “Təbriz elimdi – Urmiyə sevgilimdir” şüarı səsləndirərək doğma şəhərlərin bir-birinə qardaşlıq bağları ilə bağlı olduğunu göstəriblər.

https://www.youtube.com/watch?time_continue=4&v=VvG4HVGL-PQ

 

 

Azərbaycanlı gənclər sözügedən derbini “Qardaşlıq derbisi” adlandırıb.

 

Azərbaycan derbisində ötən illərdə də oxşar şüarlar səsləndirilmişdir. Urmiyəli voleybol tamaşaçıları “Təbriz, Təbriz” şüarı səsləndirərək qonaq komandanı yerli komanda kimi təşviq etmişdilər.

https://www.youtube.com/watch?time_continue=12&v=0Uf5PH3AQ5M

 

 

İranda, tətbiq edilən ayrı-seçkilik siyasəti nəticəsində Azərbaycxan şəhər və kəndləri bir çox iqtisadi və ictimai problemlərlə üzləşib. Lakin bəzi soydaşlarımız rejimin təbliğatına uyaraq belə problemlərin kökünü digər Azərbaycan şəhərlərində axtardığı üçün Azərbaycan şəhərlərinə mənsub bir sıra insanlar arasında müəyyən soyuqluq yaranmışdır. Son illərdə Güney Azərbaycanda Milli Hərəkat gücləndikdən sonra Azərbaycana qarşı mənfur plan məğlubiyyətə uğrayıb, gənclərimiz artıq hər bir füqrsətdə dostluq və qardaşlıq mesajı verirlər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar