GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində “Xomeyniyə lənət, Xamneyiyə ölüm” banneri nümayiş etdirilib.
Kəsayi otobanında körpüdən asılan banner iyunun 15-də görünüb, onun təxminən 10 metr uzunluğu olub.
Bir çox azərbaycanlı sosial şəbəkə istifadəçisi aşağıdakı videonu “Güney Azərbaycanın müstəqilliyi uğrunda qətiyyətli olacayıq” mesajı ilə birgə paylaşıblar.
https://www.youtube.com/watch?time_continue=22&v=ktnlkdUxNTA
Bundan əvvəl də Güney Azərbaycanın böyük şəhərlərində oxşar məzmunla bannerlər nümayiş etdirilib.
Son vaxtlar Güney Azərbayacnda İslam Cümhuriyyətinin qurucusu Ruhulla Xomeyni və indiki dini rəhbər Əli Xamneyini hədəfə alan banner və divar yazılarına tez-tez rast gəlinir.
N.S