Təbriz Xuzistan etirazlarına dəstək verdi: Vərəqələr yayıldı, mitinqə çağırış edildi-FOTOLAR

2021-07-22 09:43

Urmu və Ərdəbildən sonra Təbriz şəhəri də Xuzistanda baş verən etirazlara dəstək nümayiş etdirib.

Gunaz.tv Quote | Gunaz article

İyulun 21-də Təbriz şəhərində azərbaycanlı fəallar çoxlu sayda vərəqələr və afişalar yayaraq Xuzistandan başlayan və İranın başqa şəhərlərinə yayılmaqda olan etiraz mitinqlərinə dəstək verib. Təbrizdə Xuzistan dəstək aksiyasına çağırış edilib.

Birlik simvolu olaraq iki əlin bir-birini sıxması rəsminin təsvir olunduğu afişaların üzərində, "güc birlikdədir", “dərdimiz birdir” və “məzlumun səsini eşidib ona yardım etməyən müsəlman deyil” sözləri yazılıb. 

Xuzistanda su üsyanının 7-ci gecəsi dəstək afişalar Təbrizin bir çox məhəllələrində, ictimai yerlərdə, ümumi nəqliyyat vasitələrində və digər yerlərdə geniş yayılıb.

Qeyd edək ki, Xuzistanda su çatışmazlığına etiraz olaraq başlayan etiraz aksiyaları davam edir. 

İyulun 21-də etirazların İranın daha bir neçə şəhərinə də yayıldığı barədə xəbərlər və görüntülər paylaşılıb.

Görüntülərdə İsfahan, Xurrəmabad, Tehran, Məşhəd, Kərəc şəhərlərində əhalinin qruplar halında Xuzistandakı etirazçılara dəstək şüarları səsləndirdikləri müşahidə olunur.

Tehranın metro stansiyalarının birində çox sayda insan “İslam Cumhuriyyətinə ölüm” şüarları səsləndirib. 

Xuzistan şəhərlərində də, əhalinin sosial tələblərinə cavab olaraq zor tətbiq edən  hökumətin siyasəti pislənilib. İlk günlər sosial problemlərin həlli ilə bağlı şüarlar səsləndirən etirazçılar, rejim məmurlarının silahlı müdaxiləsi və bir neçə dinc etirazçının öldürülməsindən sonra “Xamneyiyə ölüm”, “İslam Cumhuriyyətinə ölüm” şüarları səsləndirməyə başlayıblar.

Etirazların yeddinci gecəsində Əhvaz, İzə, Susəngerd, Şuştər, Xorrəmşəhr, Abadan, Behbahan, Ramşir, Veys, Darxovin, Mahşəhr və Dezful şəhərinin bir sıra bölgələrində mitinq keçirilib. Verilən məlumatlara görə daha bir neçə etirazçı silahlı məmurlar tərəfindən güllələnərək öldürülüb.

Bir sıra mətbuat orqanları və yerli ərəb qaynaqları yayınladıqları videofaktlarla etirazların yeddinci gecəsində Xuzistanın bir neçə şəhərinin durumunu müharibə gedən bölgə kimi təsvir ediblər. 
Xatırladaq ki, Güney Azərbaycanın bir neçə şəhərində Xuzistan ərəblərinin üsyanına dəstək aksiyaları keçirilir.

Ərdəbil və Urmu şəhərlərində neçənci dəfə olaraq çox sayda afişalar yayılıb, divar şüarları yazılıb və bu vasitə ilə azərbaycanlıların xuzistanlıların haqlı etirazlarına dəstəkləri ifadə olunub.

Xaricdə fəaliyyət göstərən bir sıra Güney Azərbaycan təşkilatları və güneyli insan haqları müdafiəçiləri bəyanat yayaraq, Xuzistan ərəbləri ilə həmrəy olduqlarını bildirib.

Milli qurumlar dünya ictimaiyyətini və BMT-nii Tehran rejiminin ərəblərə qarşı repressiyalarını dayandırmaq üçün əməli tədbirlər görməyə, İran hökumətini məhkum etməyə çağırıblar. 

Bununla yanaşı avqust ayının 2-i, şənbə günü saat 18:00-da Zəngan, Təbriz, Ərdəbil, Urmu və Marağa şəhərlərində Xuzistan etirazçılarına dəstək mitinqinin keçiriləcəyi barədə çağırış edilib.

 

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

C.E

Mövzu ilə bağlı digər xəbərləri buradan oxu bilərsiniz:

Əhvaz ərəblərinə dəstək akiyası genişlənir: Urmuda küçələrə afişalar vuruldu- VİDEO

Güneydə Xuzistan üsyanına dəstək genişlənir- “Azərbaycan sizinlədir"- FOTO

Güneydə Xuzistan ərəblərinə dəstək aksiyası genişlənir-FOTO

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli veloyürüşçü Rəsulzadənin məzarını ziyarət edib

2021-08-02

gun az article

Ərdəbildə içməli su qıtlığı: Əhaliyə keyfiyyətsiz su verilir

2021-08-02

gun az article

Sel və daşqınlar Şərqi Azərbaycanda ciddi fəsadlar yaradıb- VİDEO

2021-08-02

gun az article

Məşhur “Sizə salam gətirmişəm” şeirinin müəllifi vəfat etdi-VİDEO

2021-08-02

gun az article

Güneyli məktəblilərdən böyük uğur: Qəbul imtahanlarında 9 nəfər ilk yerləri tutub

2021-08-02

gun az article

“Türkiyədə bir ağac yanarsa Azərbaycanda min ürək yanar"- Güney Azərbaycandan Türkiyəyə dəstək

2021-08-02

gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30