Koronovirus infeksiyasının yayılmasına görə tərəfdarların stadionlara girişinə qadağa qoyulduqdan 10 ay sonra “Traxtur” klubunun tərəfdarlarının “Yaşasın Azərbaycan” səsi yenidən Təbrizi titrətdi.
Gunaz.tv
Təbrizin “Traxtur” komandası ilə Tehranın “İstiqlal” komandası arasında keçiriləcək görüşdən bir az qabaq, Traxtur tərəfdarları Təbrizin “Kaya” hoteli qarşısına toplaşıblar.
"Traxtur"la "İstiqlal" futbol komandaları Premiyer Liqanın 11-ci həftəsində Təbrizin “Səhənd”(Yadiqar-i İmam) stadionunda Təbriz vaxtilə saat 14:30, Bakı vaxtilə saat 15:00-da qarşılaşacaqlar.
“Traxtur” komandasının Tehranın “İstiqlal” və “Perspolis” komandaları ilə qarşılaşması hər zaman ölkə səviyyəsində vətəndaşlar və idman ictimaiyyəti tərəfindən xüsusi həssaslıqla izlənilib.
Oyun bu dəqiqələrdə başlayıb.
C.E