SON XƏBƏRLƏR

Təbrizdə yaşlı səyyar satıcı bələdiyyə məmurları tərəfindən ölümcül döyülüb - VİDEO

2021.10.20, 07:36
Təbrizdə yaşlı səyyar satıcı bələdiyyə məmurları tərəfindən ölümcül döyülüb - VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində yaşlı  bir səyyar satıcı Bələdiyyə İdarəsi məmurları tərəfindən ölümcül döyülüb.

 

Hadisə noyabrın 29-ı axşam saatlarında Hotel Məmərin yaxınlığında baş verib.

 

Təbrizin 5-ci Məntəqə Bələdiyyə İdarəsinin məmurları yaşlı satıcını vəhşicəsinə döydükdən sonra, o aldığı zərbələrdən yerə düşüb. Səhhətində problem olan azərbaycanlı satıcının uzun illərdir sözügedən ərazidə küçə ticarəti ilə məşğul olduğu bildirilir.

 

Hadisədə ağır bədən xəsarəti alan satıcı ətrafdakı insanlar tərəfindən xəstəxanaya aparılıb.

 

https://www.youtube.com/watch?time_continue=10&v=36rRp0Xq6RI

 

Son illərdə onlarla azərbaycanlı satıcı Təbriz, Urmiyə, Qəzvin, Qoşaçay, Xoy, Aslanduz, Zəncan, Qum və s. kimi şəhərlərdə Bələdiyyə İdarəsinin məmurları tərəfindən vəhşicəsinə döyülərək iş yerindən uzaqlaşdırılıb.

 

Güney Azərbaycanda işsizlik problemi dözülməz həddə çatıb. Bu səbəbdən bir çox insan küçə ticarəti və səyyar satıcılıqla məşğul olur. Satıcılar müxtəlif şəhərlərdə vaxtaşırı bələdiyyə məmurlarının hücumuna məruz qalır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar