SON XƏBƏRLƏR

Təbrizdə “Yaşmaq” silsilə kitablarının birinci sərgisi keçiriləcək

2021.10.20, 07:36
Təbrizdə “Yaşmaq” silsilə kitablarının birinci sərgisi keçiriləcək

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində “Yaşmaq” türkcə silsilə kitablarının birinci sərgisi keçiriləcək.

 

Sərgi avqustun 10-dan 15-dək Şəhnaz xiyabanının Ehrablar küçəsindəki “Mehr Amuzqar” Müəssisəsində hər gün Təbriz vaxtı ilə saat 10:00-dan 22:00-dək fəaliyyət göstərəcək.

 

Kitab sərgisində “Yaşmaq” Nəşriyyatı tərəfindən çap olunan bütün kitablar nümayiş etdiriləcək. Bu günədək müxtəlif sahələrdə 285 kitab “Yaşmaq” Nəşriyyatı tərəfindən nəşr olunub.

 

Türkcə kitablarla maraqlanan soydaşlarımız sərgidə azərbaycanlı şairlər və yazıçılarla tanış olub, aldıqları kitabları müəlliflərə imzalatdıra bilərlər.

 

Sərgidə “Azərbaycan pejuhi”, Sahir, Sancı dərgiləri, Elşən Nəşri və Bəhmən Kafesi Nəşriyyatları da iştirak edəcək.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar