SON XƏBƏRLƏR

Təbrizdə yerli məsullardan biri koronavirusdan həyatını itirib

2021.10.20, 07:36
Təbrizdə yerli məsullardan biri koronavirusdan həyatını itirib

Gunaz.tv

GünAz TV: Təbriz Bələdiyyə İdarəsinin güvənlik və yanğınsöndürmə xidmətinin icraçı direktoru Məhəmməd Quluzadə koronavirusdan vəfat edib.

 

O xəstəliklə bir neçə gün mübarizə apardıqdan sonra cümə axşamı günü günortadan sonra həyatını itirib.

 

Mərhum Məhəmməd Quluzadə cəmi il yarımdır bu posta təyin olunmuşdur. O bu müddətdə Təbrizdə baş verən yanğınların söndürülməsində böyük canfəşanlıq göstərib, hər kəs onu fədakar insan kimi tanıyır.

 

Məhəmməd Quluzadə koronavirus epidemiyası ilə bağlı Təbrizdə müxtəlif məkanların dezinfeksiya edilməsində də böyük xidmət göstərib.  

 

Təbriz Tibb Universitetinin məlumatına görə, Şərqi Azərbaycan Əyalətində bu günədək 684 nəfər koronavirusa yoluxub, onlardan 59-u həyatını itirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar