SON XƏBƏRLƏR

Təbrizdə yoxsulluqdan 3 aylıq körpə küçəyə atılıb

2021.10.20, 07:36
Təbrizdə yoxsulluqdan 3 aylıq körpə küçəyə atılıb

Gunaz.tv

GünAz TV: Təbrizdə Zəhra adlı 3 aylıq körpə ailəsinin yoxsulluğundan küçəyə atılıb.

 

Şəkili sosail şəbəkələrdə yayılan körpənin Təbrizin Mənzəriyyə meydanında ağacın kölgəsində, anası tərəfindən yazılan bir məktubla birlikdə tapıldığı bildirilir.

 

“Salam, xahiş eliyirəm ki, uşağı tapan şəxs onu Təbrizin Körpələr Evinə (Behzisti İdarəsi) təhvil versin. Mənim maddi imkanım yoxdur, ərim isə dünyasını dəyişib. Körpəmi birinci Allaha, sonra sizə tapşırıram. Körpə 3 aylıqdır, adı da Zəhradır. Ona şəxsiyyət vəsiqəsi ala bilmədim. Özüm xiyabanlarda səfil sərgərdan gəzirəm, heç kimsəm yoxdur”- deyə ana məktubda qeyd edib.

 

Hələlik Şərqi Azərbaycan məsulları bu barədə heç bir açıqlama verməyib.

 

İran Körpələr Evinin açıqladığı məlumata görə, hər il bu ölkədə 950-1000 uşaq küçəyə atılır. Bunun əsas səbəbi yoxsulluqdur.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar