SON XƏBƏRLƏR

Təbrizdə yük maşınlarının sürücüləri etiraz edir – VİDEO

2021.10.20, 07:36
Təbrizdə yük maşınlarının sürücüləri etiraz edir – VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində yük maşınlarının sürücüləri tələbləri təmin olunmadığı üçün yenidən etiraza başlayıblar.

 

Sürücülər maşının ehtiyat hissələri, xüsusi ilə də təkər və yağın bahalaşması, sığorta haqlarının dövlət payına düşən hissisinin ödənilməməsi və yük daşıma xidmətinin ucuz olmasına etiraz edirlər.

 

Təbrizdən başqa bir neçə şəhərdə də oxşar aksiyaların keçirildiyi bildirilir. Xəbər agentlikləri Rəfsəncan, Qəzvin, Buşehr, Şiraz, Kirmanşah, İsfahan, Tehran və s. kimi şəhərlərdə sürücülərin etiraz aksiyasını əks etdirən görüntü və videolar yayıblar.

 

Yük maşınlarının sürücüləri mayın 22-də İranın bütün əyalətlərində etiraz aksiyasına başlayıb, 160 şəhərdə keçirilən aksiyalar günümüzə qədər müxtəlif formalarda davam edir.

 

Beynəlxalq Nəqliyyat Federasiyası daşımaçılıq sahəsində fəaliyyət göstərən 19 milyon işçinin nümayəndəsi kimi İranda yük maşınlarının sürücülərinin etiraz aksiyasını dəstəkləyib. Bu barədə bəyanat yayan federasiya İranda sürücülərin inflyasiya və qiymətlərin artmasından əziyyət çəkdiyini və işlərinin qarşılığında gəlirlərinin az olduğunu bildirib.

 

Şimali Amerika Yük Maşınları Sürücülərinin Beynəlxalq Dərnəyi də İranın Amerika Birləşmiş Ştatlarında mənafeyini müdafiə edən büroya məktub göndərərək  İrandakı etirazçı sürücülərə dəstək verdiyini bildirib.

 

Sürücülərin Təbrizdə keçirdiyi aksiya:

https://www.youtube.com/watch?v=fny_dBM2FRI

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar