Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin söçüsü bu haqda məlumat verib.
Gunaz.tv
Bu gün 6 fevral səhər saatlarında Təbriz şəhərinin “Bəsic” meydanında baş verən zincirvari qəza nəticəsində 7 nəfər ağır yaralanıb.

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şəadiniya hadisə yerinə 5 ambulans və bir təcili tibbi yardım avtobusunun göndərildiyini deyib. O, qəza yerində xilasetmə işlərinin davam etdiyini, yaralıların xəstəxanalara köçürüldüyünü
söyləyib.
bununla yanaşı, bu gün səhər Mərənd şəhərinin girəcəyində baş verən qəzada 2 nəfər ölüb, 11 nəfər yaralanıb.
V.şadiniyanın dediyinə görə, 2 ağır tonajlı yük maşını və 2 minik avtomobilinin toqquşması nəticəsində meydana gələn qəza yerində xilasetmə işləri aparılır.
O, qəza yerində xilasetmə işlərinin davam etdiyini, yaralıların xəstəxanalara köçürüldüyünü
söyləyib.
V.Şadiniya bundan başqa, ötən gecə ərzində Şərqi Azərbaycan əyalətinin müxtəlif bölgələrində baş verən yol və avtomobil qəzaları nəticəsində 19 nəfərin xəsarət aldığını vurğulayıb.
Onun sözlərinə görə, Əhər-Təbriz yolu, Sofyan-Sis yolu və Şəbüstərin Şinabad üç yolunda 19 nəfərin xəsarət alması ilə nəticələnən qəzalar əsasən yağışlı hava və yolların sürüşkən olması nəticəsində baş verib.
C.E