Təbrizin Bağmişə məhəlləsində torpaq sürüşməsi baş verib - Yaranan təhlükə ilə bağlı hansı orqan məsuliyyət daşıyır?

19.09.2019, 17:41

GünAz TV: Təbriz Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin Bağmişə məhəlləsində baş verən torpaq sürüşməsi və dağ uçqununu təsdiqləyərək sürüşmə zonasında yerləşən yaşayış evləri üçün təhlükə yarandığını bildirib.

 

Behruz Məhdəvi qeyd edib ki, Bağmişə məhəlləsində torpaq sürüşməsi baş verib, bu hadisə ətrafdakı bütün ev və obyektlərin təxrib olunmasına səbəb olacaq.

 

Bundan əvvəl Şərqi Azərbaycan Təbii Fəlakətlər İdarəsinin rəisi dağdan torpaq kütləsinin axıb gəldiyini, lakin geniş mənada torpaq sürüşməsinin baş vermədiyini bəyan etmişdir.

 

Təbriz Şəhər İcra Hakimiyyətinin başçısı Bağmişə Bələdiyyə İdarəsini tənqid edərək bildirib ki, bu məntəqə yaşayış üçün əlverişli deyil, buna baxmayaraq torpaq sürüşməsinin baş verdiyi yerin tam qarşısında 6 mərtəbəli binanın tikilməsinə icazə verilib.

“Torpaq sürüşməsi daha geniş ərazini əhatə edərsə, ətrafdakı bütün evlər təxrib olunacaq. Bələdiyyə İdarəsi Bağmişə dağına yaxın torpaq sahələrində lazımi infrastrukturu yaratmadığı üçün ərazidəki evləri ciddi təhlükə gözləyir.”- deyə Behruz Məhdəvi bildirib.

 

Bağmişə məhəlləsinin əhalisi də gözlənilən təhlükə ilə bağlı Bələdiyyə İdarəsini günahlandırır. Onlar bildirir ki, bu ərazidə bir çox binanın tikilməsinə icazə verilməməli idi. Bələdiyyə İdarəsi bunu edibsə, indi də cavabdeh olmalıdır.

 

Sentyabrın 17-də Təbizin Bağmişə məhəlləsində baş verən torpaq sürüşməsi ən azı 100 evi təhlükə ilə üz-üzə qoyub. Hadisə nəticəsində heç bir itki olmadığı bildirilir, lakin bəziləri bir avtomobilin dağdan axıb gələn torpaq kütləsinin altında qaldığını ehtimal edir.

 

Bağmişə və onun qonşuluğunda yerləşən Rüşdiyyə və “Vəli Əsr” kimi şəhərciklər təxminən 30 il əvvəl torpaq sürüşməsi kimi mümkün təhlükələr nəzərə alınmadan  tikilib. Şəhərciklər gün keçdikcə daha da böyüyüb və hündürmərtəbəli binalar inşa edilib. Hazırda torpaq sürüşməsi və zəlzələ təhlükəsi ilə üz-üzə olan şəhərciklərdə 200 min nəfərdən çox əhali yaşayır.

 

https://www.youtube.com/watch?time_continue=4&v=jSg3v56FbWY

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Finlandiya və İsveç NATO-ya birlikdə müraciət edəcək

2022-05-17

gun az article

Şərqi Zəngəzurda yeni şəhərlər inşa edilir - Spiker

2022-05-17

gun az article

Mövlud Çavuşoğlu və Entoni Blinken Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edəcək

2022-05-17

gun az article

“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Ağdamda və Bərdədə tədbir keçirib

2022-05-16

gun az article

İran hökuməti etirazçıları yatırmaq üçün terror təşkilatlarından istifadə edir

2022-05-17

gun az article

İranda SEPAH zabiti öldürülüb

2022-05-17

gun az article

İranda etiraz aksiyaları davam edir

2022-05-17

gun az article

İran partiya sədri hökuməti tənqid etdiyi üçün həbs edildi

2022-05-17

gun az article

Prezident İlham Əliyev israilli naziri qəbul edib

2022-05-17

gun az article

İranın bir neçə əyalətində dövlət idarələri və məktəblər bağlandı

2022-05-17

gun az article

Tehranda ictimai nəqliyyat sürücüləri tətil aksiyası keçirir

2022-05-17

gun az article

"Hakimiyyət xalqı aldadır"- Tanınmış din xadimi İran hökumətini tənqid edib

2022-05-17

gun az article

Bu gün Bakıda İƏTPA-nın Üçüncü Ümumi Konfransı keçiriləcək

2022-05-17

gun az article

NATO rəhbəri: “Türkiyə dəyərli müttəfiqdir və narahatlığı aradan qaldırılmalıdır”

2022-05-17

gun az article

İranda tanınmış jurnalistə 10 il həbs cəzası verildi

2022-05-17

gun az article

Məhkəmə sisteminin başçısı etirazçıları hədələdi: "Sərt tədbirlər görüləcək"

2022-05-17

gun az article

İran hökuməti 6 müəllimi əks-inqilabçı ittihamı ilə həbs edib

2022-05-16

gun az article

İsveç və Finlandiya 33 terrorçunu Türkiyəyə ekstradisiya etməkdən imtina edib

2022-05-16

gun az article

İlham Əliyev Özbəkistana dəvət olundu

2022-05-16

gun az article

İsrail Azərbaycana taxıl yetişdirmək üçün texnologiya verəcək

2022-05-16