SON XƏBƏRLƏR

Təbrizin bələdiyyə başçısı koronavirusa yoluxub

2021.10.20, 07:36
Təbrizin bələdiyyə başçısı koronavirusa yoluxub

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərinin bələdiyyə başçısı İrəc Şəhin Baher koronavirusa yoluxub.

 

Təbriz Tibb Universitetinin mətbuat xidmətinin açıqlamasına əsasən, Şəhin Baherdən götürülmüş test analizlərinin nəticəsi müsbət çıxıb.

“Covid-19” infeksiyasına yoluxmuş bələdiyyə başçısı hazırda həkimlərin nəzarəti altında şəxsi mənzilində karantin şəraitində olduğunu bildirib.

 

Xatırladaq ki, Şərqi Azərbaycan Əyalətində yerli məsullar arasında koronavirusa yoluxma faktı dəfələrlə qeydə alınıb. Ötən günlərdə Təbriz Bələdiyyə İdarəsinin Güvənlik və Yanğınsöndürmə Xidmətinin icraçı direktoru Məhəmməd Quluzadə və iki təbrizli həkim, o cümlədən Tufarqan (Azərşəhr) şəhərinin Mədəni xəstəxanasının rəisi Mir Abbas Haşimi  koronavirusdan vəfat edib.

 

Təbriz Tibb Universitetinin məlumatına görə, Şərqi Azərbaycan Əyalətində bu günədək 2591 nəfər koronavirusa yoluxub, onlardan 248-i həyatını itirib.

  

 

Ü.F 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar