SON XƏBƏRLƏR

Təbrizin bələdiyyə başçısı məşhur güney azərbaycanlı kolleksionerə yardım vəd edib

2021.10.20, 07:36
Təbrizin bələdiyyə başçısı məşhur güney azərbaycanlı kolleksionerə yardım vəd edib

Gunaz.tv

GünAz TV: Təbriz Bələdiyyə İdarəsinin başçısı İrəc Şəhin Baher maliyyə sıxıntılarından dolayı həbs edilən məşhur güney azərbaycanlı kolleksioner və tanınmış sənətkar Rza Sarabi Əqdəmin azadlığa buraxılması üçün yardım göstərəcəyini vəd edib.

 

Bu barədə Təbriz Bələdiyyə İdarəsinin rəsmi saytı “Şəhriyar” məlumat dərc edib.

 

“Təbrizin tanınmış sənətkarı və kolleksioneri Rza Sarabi Əqdəmin üzləşdiyi problemlə bağlı xəbər yayıldıqdan sonra bələdiyyə başçısı hüquqi məsələləri üzrə nümayəndəsinə bu işlə məşğul olmağı tapşırıb. O problem aradan qalxana qədər cəhdlərini davam etdirəcək.”- deyə məlumatda qeyd olunub.

 

Məlumata görə, İrəc Şəhin Baher bu məsələni xüsusi diqqətdə saxladığını bəyan edib. “Sənətkarın rastlaşdığı problem Təbrizin sənətsevər əhalisinin narahatlığına səbəb olub. Mən şəxsən bu məsələdən narahat oldum və dərhal hadisə ilə maraqlanmağa başladım. Bütün sıxıntılara baxmayaraq həyatını bu diyarın incəsənət və mədəniyyətinə həsr edən Rza Sarabi Əqdəm kimi bir sənətkarın yeri həbsxana ola bilməz. Biz ona bu vəziyyətdən çıxmaq üçün lazımi yardımı göstərməliyik.”- deyə bələdiyyə başçısı vurğulayıb.

 

Qeyd edək ki, ömrünü Təbriz və Azərbaycanın keçmişinə aid əsərlərin toplamasına həsr edən məşhur kolleksioner Rza Sarabi Əqdəm eyni halda heykəltəraş, yazıçı və araşdırmaçı alimdir. O hökumət rəsmilərinin laqeyd münasibəti nəticəsində iyulun 2-dən dəmir barmaqlıqlar arxasındadır.

Məşhur mədəni fəal Eyvaz Tahanın bu barədə paylaşdığı  məlumatda qeyd olunub ki, “deyilənlərə görə, məsullar maddi yardım vədi verərək Rza Sarabi Əqdəmin topladığı bir çox tarixi əsəri peşə muzeyinə aparıb, lakin bunun qarşılığında maliyyə vədlərinə əməl etməyiblər. Bu məsələ səbəb olub ki, cənab Sarabi şəxsi maliyyə öhdəliklərini yerinə yetirə bilməsin və sonda həbsxanalıq olsun.”

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar